• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bədənə enerji verən 6 effektli qida – FOTOLAR

Bədənə enerji verən 6 effektli qida – FOTOLAR

Çox yorğunsunuz? Özünüzü daim depressiyada hiss etməyinizin səbəbi bəlkə də yediklərinizdir...Heç bu barədə düşünmüsünüzmü?

Halbuki sağlam qidalandıqda insan ağır fiziki əməkdən, gərgin iş prosesindən, hətta saatlarla idman etdikdən sonra da özünü yorğun hiss etmir. Gün boyu gümrah və şən olur. Lakin həddindən artıq yağlı və kalorili qidalar yeyib özünüzü halsız hiss etdiyinizi də yadınıza salın. Xüsusən, mövsüm dəyişikliyində həm mənəvi, həm də fiziki yorğunluq özünü kəskin şəkildə büruzə verir.

Publika.az-ın sağlamlıq bölməsi orqanizmin enerji səviyyəsini balanslaşdıran qidaların siyahısını təqdim edir:

Enerji yüksəldən 6 effektli qida

Pazı: Nyu-york Universiteti və Hull York Tibb Fakültəsinin tədqiqatları göstərib ki, depressiyanın əsas səbəblərindən biri orqanizmdə fol turşusu çatışmazlığıdır. Yaşıl yarpaqlı bu möcüzəvi qidanın tərkibi isə yüksək miqdarda fol turşusu ilə zəngindir. Ona görə də pazının əhvalı qaldıran, bədənə enerji verən ən yaxşı bitkilərdən biri olduğu sübut olunub.

Qulançar: Bədəndə aşağı səviyyədə olan fol turşusunu tarazlaşdırmağın ən asan yollarından biri də qulançar istehlakından keçir. Üstəlik, tərkibindəki C vitamini sayəsində depressiyanı aradan qaldırır.

Yulaf əzməsi: Yulaf əzməsindən böyüklər də, kiçiklər də nifrət edir. Ancaq xəbəriniz olsun ki, yulaf əzməsi yorğunluq və depressiyayla mübarizəni asanlaşdıran ən faydalı qidadır. Onun tərkibi maqneziumla zəngindir. Daha yaxşı nəticə əldə etmək üçün gündə 1-2 fincan istehlak etməlisiniz.

Badam: Badam hamımızın sevimli çərəzidir. Beyin sağlamlığını qorumaq və depressiyanı yüngülləşdirmək üçün çox faydalı qidadır. Onun tərkibi də maqnezium ilə zəngindir. Hər gün mütləq 4-5 ədəd badam istehlak etdikdə insan özünü daha müsbət enerjili və gümrah hiss edir. Bundan başqa, badam olduqca sağlam və tox saxlayan qida olduğu üçün arıqlamaq istəyənlər üçün təsirli olacaq.

Tünd şokolad: Mütəxəssislər depressiya ilə mübarizədə şokolad yeməyi təklif edirlər. Araşdırmalar nəticəsində də məlum olub ki, acı şokoladın tərkibi stressi azaldan maddələrlə doludur.

Pomidor: Pomidor da depressiyanın qarşısını alan fol turşusu ilə zəngindir. Gündə 1 stəkan pomidor suyu istehlak edərək əhvalınızın daha pozitiv olmasına və enerji səviyyəsini qoruya bilərsiniz.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR