Orucun səbəb olduğu qəbizliyə qarşı nə etməli?
Bizi izləyin

Sağlamlıq

Orucun səbəb olduğu qəbizliyə qarşı nə etməli?

Ramazan ayında düzgün qidalanmamaq qəbizliklə nəticələnə bilir. Türkiyəli sağlam qidalanma mütəxəssisi Simge Çıtak oruc tutanların qəbizlik problemi yaşamaması üçün bəzi qabaqlayıcı tədbirlər görməli olduqlarını bildirib.

Publika.az Simge Çatıkın məsləhətlərini təqdim edir:

Uzun müddət ac və susuz qalmaq maddələr mübadiləsinin sürətinin azalmasına səbəb olur. Bu da qəbizliyə gətirib çıxarır.

*Bunun qarşısını almaq üçün imsakda və iftarda tərkibində bol miqdarda lif olan qidalar yemək lazımdır.

*İftarda çoxlu tərəvəz yemək məsləhətdir. Ona görə də, ağır yeməklərin əvəzinə salat yemək daha düzgün olar.

*İftardan sonra şirniyyat əvəzinə mövsüm meyvələri yemək lazımdır.

*Ərik kompotu içərək bədənin itirdiyi suyu geri qazanmaq olar.

*Hərəkətsiz həyat tərzi keçirənlər iftardan sonra qısa yürüşlər etməlidirlər. Bu həm qəbizliyin, həm də həzm problemlərinin qarşısını alacaq.

*Yatmazdan öncə kofeinli içkilər içmək olmaz. Onun əvəzinə bitki çayları içmək tövsiyə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm