"Hüseynin əlində nə pulu var idi, almışdım..." - Kənan M.M.
Bizi izləyin

Tabloid.az

"Hüseynin əlində nə pulu var idi, almışdım..." - Kənan M.M.

"Hüseynin əlində nə pulu var idi, almışdım..." - Kənan M.M.


“Sizin saat” verilişində qonaq olan Kənan M.M. və Sayqa Cahid Hüseyn Dəryadan danışıblar. Mərhum reperin ən yaxın dostları olan bu insanlar yenə veriliş boyu maraqlı açıqlamalarla diqqət çəkiblər.

Kənan M.M. isə özünə bağışlaya bilmədiyi Hüseyn Dəryayla aralarındakı bir əlbəyaxa dava-dalaşdan danışıb:

"O, narkotikə qurşananda əlində nə pulu var idi, almışdım. Az-az verirdim, normal insanın ehtiyaclarını ödəyəcək qədər. Sonra gördüm ki, onun pulu məndə ola-ola gedib başqalarından borca pul almağa başlayıb. Dözə bilmədim, pisimə gəldi ki, bu insanın pulları məndə olsun, amma gedib başqasından borc alsın. Sonra da desinlər ki, Hüseyn borcludur kiməsə. Elə oldu ki, onunla “MİR” televiziyasının həyətində əlbəyaxaya çıxdıq. Əməlli-başlı dalaşdıq.

Düz 7 ay onunla küsülü olduq. Ancaq bir-birimizi uzaqdan görürdük. Sonralar harada görsə, gəlib boynumu qucaqlayıb “Yaxşı da, uşaqlıq etmə” deyərdi. Mən gərək o vaxt ona ürəyiyumşaqlıq etməzdim. Kaş ki sərt, qəddar olardım ona qarşı. Buna görə peşmanam, özümü bağışlaya bilmirəm"/gecce.az/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm