İlham Mirzəyevin şadlıq sarayına da polis əl qoydu
Bizi izləyin

Tabloid.az

İlham Mirzəyevin şadlıq sarayına da polis əl qoydu

İlham Mirzəyevin şadlıq sarayına da polis əl qoydu

Tele-aparıcı İlham Mirzəyevin bütün biznes obyektləri güc strukturları tərəfindən yoxlanılır.

“Axar.az”ın əldə etdiyi məlumata görə, aparıcıya məxsus olan Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Tale Yolları” Şadlıq Sarayına da dünən polis əməkdaşları gəlib. Şadlıq sarayı hazırda bağlanmasa da, polis tərəfindən yoxlanılır.

Şadlıq sarayının yaxınlığında yaşayan sakinlərin verdiyi məlumata görə, aparıcının işçisi kimi şadlıq sarayını idarə edən administrator Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarəyə aparılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların aparıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub.

İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm