Beyonsun təntənəli səhnə kostyumları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Beyonsun təntənəli səhnə kostyumları - FOTOLAR

Beyonsun təntənəli səhnə kostyumları - FOTOLAR

Beyons səhnə geyimləri ilə fərqli obrazlar yaradan sənətçidir. Onun bikini modelində tikilən səhnə kostyumlarını bir çox dünya ulduzları təqlid edir. Bu geyimlərin müəllifinin kim olduğu yəqin ki, çoxunuza maraqlıdır. Bir zamanlar “Destiny's child” qrupunun stilisti olan xanım Noulz indi qızı Beyonsun səhnə geyimləri üzərində çalışır. Ümumiyyətlə, Beyons dəb dünyasında öz sözünü demiş böyük moda evləri ilə yanaşı, gənc modelyerlərlə də işləyir. Son“Haunted” klipində Rusiyanın tanınmış Ulyana Sergeno geyim brendinə müraciət etməsi buna əyani sübutdur.

Ayaqqabılara gəldikdə isə Beyons hündürdabanlara üstünlük verir. Dabanın hündürlüyü isə bir çox qadının dayana bilmədiyi hündürlükdə olmalıdır. Düz 10 sm... “Versace”, “Balenciaga” və “YSL” ayaqqabıları Beyonsun qarderobunun sevimli aksesuarlarıdır.

Tabloid.az Beyonsun corabları ilə diqqət çəkən və bikini modelində hazırlanan təntənəli səhnə kostyumlarını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm