Toyuqlu salatı -Resept
Bizi izləyin

Tabloid.az

Toyuqlu salatı -Resept

Həm sağlamlığınızı təhlükəyə atmaq istəmir, həm də damaq dadınızdan güzəştə gedə bilmirsiniz? Onda bu möhtəşəm salat resepti sizin köməyinizə gələcək

Həm sağlamlığınızı təhlükəyə atmaq istəmir, həm də damaq dadınızdan güzəştə gedə bilmirsiniz?

Onda bu möhtəşəm salat resepti sizin köməyinizə gələcək.

Çünki bu salat əsl vitamin deposudur.

Tərkibi:

(Qızartma üçün)

Toyuq

Yumurta

Un

Qara bibər

Zeytunyağı

(Salat üçün)

Xiyar

Pomidor

Zövqə görə, alma və ya mango

Hazırlanması:

Biz bu salat üçün lazım olan ərzaqların miqdarını vermədik. Bunu özünüz qərarlaşdırın. Zövqünüzə görə hər hansı tərəvəzi və ya ədviyyatı çox istifadə edə bilərsiniz.

Salatı hazırlamaq üçün əvvəlcə toyuğu, zeytunyağı, duz, qara bibər və yumurtadan ibarət olan sousda bir gün saxlayın. Bu ətin daha ləzzətli olmasına kömək edəcək. Əti barmaq böyüklüyündə uzun-uzun kəsdikdən sonra una bulayın. Daha sonra iki dəqiqə isidilmiş yağda qızardın.

Xiyarı və pomidoru istədiyiniz formada doğradıqdan sonra əti onun üzərinə əlavə edin. Üzərinə zeytunyağı, sarımsaq və qara bibəri qarışdıraraq hazırladığınız sousu tökün.

Əgər alma və ya manqodan istifadə etməyə qərar vermisinizsə, onda bu meyvələri xırda-xırda doğrayıb salata əlavə edin.

Nuş olsun!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm