Tabloid.az
Seksin 6 alternativi
Sekslə məşğul olmaq insanların ən çox həzz aldığı məşğuliyyət deyil. Bunu elmi araşdırmalar sübut edib. Məlum olub ki, insanların sekslə məşğul olmaqdan daha çox zövq aldıqları 6 alternativi var.
Yuxu
Yorğun olduğunuz gecələrdə sekslə məşğul olmaq istəryərdiniz, yoxsa tezliklə yuxuya getməyi? Amerikalı ekspertlərin araşdırmalarına görə, bu suala rəyi soruşulanların əksəriyyəti yuxu cavabını verir.
Android telefonlar
“Ağıllı telefon”lar həyatımızın bir parçasına çevrilib.
Yenə Amerikada aparılan araşdırmalar insanların mobil telefonlarına seksdən daha çox düşkün olduqlarını göstərib. 2011-ci ildə aparılan araşdırmanın nəticəsinə görə, insanların 33 faizi 1 həftə sekssiz qalmağa razıdırlar, ancaq eyni müddətdə telefonsuz qalmağı ağıllarına belə gətirmirlər.
Tərif
Xoş sözlər eşitməyi kim istəməz? Araşdırmalar sübut edib ki, xüsusilə , 20-25 yaş arasındakı gənclər sekslə məşğul olmaqdansa eqolarını təmin edən sözlər eşitməyə üstünlük verirlər.
Yemək
Sevdiyi yeməklərdən heç kim ayrı qalmaq istəməz. 2012-ci ildə aparılan sorğu nəticəsində qadınların 1 il ərzində sevdikləri yeməklərdən ayrı qalmaqdansa, sekslə məşğul olmamağı seçirlər.
İnternet
2008-ci ildə kompyuter istehsal edən şirkətlərdən birinin apardığı sorğu maraqlı nəticələrin ortaya çıxmasına səbəb olub. Məlum olub ki, qadınların 46 faizi 2 həftə internetsiz qalmaqdansa, sekssiz qalmağa üstünlük verirlər. Kişilərin isə 30 faizi seks yerinə interneti seçib.
Gənclik
Kosmetik vasitələr istehsal edən “Elizabeth Arden” adlı brend ötən il insanlara "Sekslə məşğul olmağı, yoxsa gənc qalmağı seçərdiniz? sualını ünvanlayıb.
Qadınlar arasında keçirilən sorğunun nəticələrinə görə, qadınlar sekssiz qalmaqdan qorxmurlar, ancaq qocalmaqdan qorxurlar. Sorğuda iştirak edən qadınların əksəriyyəti gənc qalmaq üçün seksdən vaz keçə biləcəklərini etiraf ediblər.
Tabloid.az
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi