Kənan M.M Vüqar Muradovu döydüyü üçün həbs olunub
Bizi izləyin

Tabloid.az

Kənan M.M Vüqar Muradovu döydüyü üçün həbs olunub

Məşhur rejissor Kənan M.M həbs olunub.

Tabloid.az saytı "Qafqaznifo"ya istinadən məlumat verir ki, rejissor dünən Binəqədi Rayon Polis İdarəsində saxlanılıb. Kənan M.M-ə xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

Əldə etdiyimiz məlumata əsasən, rejissor bir neçə nəfərlə birləşərək Binəqədidə “razborka”ya gedib. Kənan M.M-in dəstəsində 4-5 nəfərin olduğu bildirilir.

O, müğənni Vüqar Muradovu döyüb. Adamların yanında onun başına yumruq zərbələri vurub.

Buna səbəb isə ATV telekanalında “Ulduzların döyüşü” realiti-şousu olub. Belə ki, Kənan M.M və müğənni Vüqar Muradov verilişdə üz-üzə gəliblər. Döyüşdə bütün gücünü göstərən Kənan Vüqara məğlub olmuşdu. Buna səbəb isə döyüş ərəfəsində rejissorun qolunun 2 dəfə çiynindən çıxması göstərilirdi.

Lakin müğənni Vüqar Muradov Tabloid.az-a açıqlamasında bunun həqiqətə uyğun olmadığını bildirmişdi:

“Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənan yanında olan səviyyəsiz dostları bu söz-söhbətləri yaydı ki, “Kənanın qolu çıxmasaydı Vüqara qalib gələcəkdi?!”

Bütün bunlardan sonra isə onların arasında münasibətlər korlanıb. Kənan M.M Vüqar Muradovla yumruq davasına çıxıb.

Etibarlı mənbə onu da bildirib ki, V.Muradov bu gün şikayət ərizəsini geri götürəcək. Beləliklə də Kənan M.M azad ediləcək.

Məsələ ilə bağlı V.Muradovla əlaqə saxlamağa çalışsaq da, müğənni zənglərimizi cavablandırmadı.

Mövzunu davam etdirəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm