Qadın sağlamlığı üçün möcüzəvi qida
Bizi izləyin

Tabloid.az

Qadın sağlamlığı üçün möcüzəvi qida

Son dövrlərdə aparılan araşdırmalar xüsusilə qadınların sağlamlığı üçün düyünün böyük əhəmiyyətə malik olduğu ortaya çıxarıb

Son dövrlərdə aparılan araşdırmalar xüsusilə qadınların sağlamlığı üçün düyünün böyük əhəmiyyətə malik olduğu ortaya çıxarıb. Məlum olub ki, düyünün tərkibindəki fol turşusu və dəmir kimi elementlər qadınların sağlamlığını və gəncliyini qorumaqda çox faydalıdır.

Lifli bir qida hesab edilən düyü insanı kökəltmir. Hətta pəhriz saxlayanlar da düyü yeyə bilərlər. Ancaq düyünü tək yemək lazımdır, yanında yağlı ətdən hazırlanan aşqara yedikdə əlbəttə, kökəlməyiniz normaldır.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər qadınların 60-70 faizinin müxtəlif pəhrizlər saxladıqlarını və bu səbəblə sağlamlıq üçün vacib olan vitamin və minerallaır qəbul etmədiklərini bildirirlər. Onların sözlərinə görə, pəhrizdən vaz keçə bilməyən xanımlar həftədə 3 dəfə suda bişmiş, sadə düyü yesələr, orqanizmin sağlamlığı üçün vacib olan vitaminlər və mineralları qəbul etmiş olarlar.

Tədqiqatlar göstərib ki, hər 5 qadından 1-i və hamilə qadınların əksəriyyəti kifayət qədər fol turşusu və dəmir qəbul etmirlər. Dəmir çatışmazlığı bədənin kifayət qədər qırmızı qan hüceyrəsi istehsal etməsinə maneə olur. Bu da qan azlığı və anemiyaya gətirib çıxarır. Fol turşusu əksikliyi isə depressiya, stress, yorğunluq, gücsüzlük, nəfəs darlığı, baş ağrısı kimi simptomlara səbəb olur.

Alimlər vurğulayırlar ki, qadın orqanizminin fol turşusu və dəmirə kişilərdən daha çox ehtiyacı var. Odur ki, sağlamlığının qayğısına qalan xanımlar tərəvəzlərin, meyvələrin, yağsız ətin və yağsız süd məhsullarının yanında 4-5 qaşıq düyü yeməlidirlər.

Ondu da qeyd edək ki, fol turşusu həm də infarkt, beyin qanaması, ürək xəstəliklərinə yaxalanma riskini azaldır. Tədqiqatlar nəticəsində yumurtalıq xərçəngi və alzaymer xəstəliyindən qoruduğu da məlum olub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm