İlham Qəhrəmanın iki yeni kitabı işıq üzü görüb
Bizi izləyin

Yazarlar

İlham Qəhrəmanın iki yeni kitabı işıq üzü görüb

İlham Qəhrəmanın iki yeni kitabı işıq üzü görüb

Şair İlham Qəhrəmanın iki yeni kitabı işıq üzü görüb.

“Media forum” saytı xəbər verir ki, “Sevgi durna çırağıdır” kitabına müəllifin son illәrdә qәlәmә aldığı şeirləri, həmçinin öncәki kitablarından seçmәlәr daxil edilib.

“Sevgi durna çırağıdır” kitabındakı şeirlər əsasən Vәtәnә, tәbiәtә, insana sevgi, ülvi mәhәbbәt, cәnub hәsrәti vә digәr mövzuları əhatə edir.

Bu, İlham Qәhrәmanın poeziya sahәsindә oxucularla beşinci görüşüdür. İndiyә qәdәr şairin “Gülüm yarpıza döndü” (1999), “Ağlama, qu quşu” (2002), “Ey dil” (2006) şeir kitabları Bakıda, “Әsir dağlar” (2009) kitabı isә Tehranda işıq üzü görüb.

Kitaba filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva ön söz yazıb.

İlham Qəhrəmanın işıq üzü görən digər kitabı “Laçın lətifələri” adlanır.

“Laçın lətifələri” İlham Qəhrəmanın “Laçın folkloru” (2009) və “Gül dəftəri” (2011) kitablarından sonra şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və tərtibatı sahəsində oxucularla üçüncü görüşüdür.

Kitabda qaçqın-köçkün həyatı yaşayan Laçın camaatından toplanmış orijinal lətifələr və gülməcələrlə bərabər Molla Nəsrəddin və Əllamə kimi xalq arasında məşhur gülüş qəhrəmanları ilə bağlı indiyədək çap olunmamış lətifələr də yer alıb.

“Laçın folkloru” kitabında yer alan “Lətifələr” və “Maraqlı söhbətlər” yeni kitabda say etibarı ilə artırılıb və əhatə məkanı genişləndirilib. Xalq dilinin bədii-estetik gözəlliyini əks etdirən bu nümunələr həm folklor tədqiqatçıları, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitaba tənqidçi Əsəd Cahangir ön söz yazıb.

Şairin işıq üzü görən hər iki kitabı “Ol” MMC-də çap olunub.

Ötən həftə Bakıda “Sevgi durna çırağıdır” və “Laçın folkloru” kitablarının təqdimatı keçirilib. “Şahmar” Ədəbi Məclisinin təşəbbüsü ilə keçirilən mərasimdə kitabların müəllifi və məclis üzvləri ilə yanaşı çoxsaylı oxucular, ədəbiyyat, sənət adamları iştirak ediblər.

İlham Qəhrəman 1959-cu ildə Laçın rayonunun Sus kəndində doğulub. İxtisasca mühasibdir. Ədəbiyyata 1980-ci illərdə gəlib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Evlidir, üç övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm