“Azərbaycan 1941-1945: Şöhrət ordeni kavalerləri" kitabı dərc edilib
Bizi izləyin

Yazarlar

“Azərbaycan 1941-1945: Şöhrət ordeni kavalerləri" kitabı dərc edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə “Azərbaycan 1941 - 1945: Şöhrət ordeni kavalerləri" kitabı dərc edilib.

Publika. Az-ın məlumatına görə, kitabda 15 nəfər tam Şöhrət ordeni kavalerləri və 180 nəfər sadə Şöhrət ordeni kavalerləri barədə bioqrafik məlumat toplanıb.

Müəllifinin ölkəmizdə və xaricdə tanınan Böyük Vətən müharibəsi tarixinin tədqiqatçısı Azad Hüseynovun olduğu bu kitab Azərbaycan oğullarının 1941 - 1945-ci illərdə Böyük Vətən müharibəsində keçdiyi şanlı döyüş yolu və göstərdikləri qəhramanlıqları gözəl şəkildə oxucuların diqqətinə çatdırıb.

Müəllifin sözlərinə görə növbəti kitabını Aleksandr Nevski ordeninin kavalerlərinə həsr edəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm