“Ən zövqlü oxucu” müsabiqəsi
Bizi izləyin

Yazarlar

“Ən zövqlü oxucu” müsabiqəsi

“Ən zövqlü oxucu” müsabiqəsi

“Ən zövqlü oxucu” müsabiqəsi

1937.az mədəniyyət portalı yeni müsabiqə elan edir. Bu günə qədər keçirilmiş müsabiqələrdən fərqli olaraq, bu müsabiqə oxucular arasında keçiriləcək. Redaksiyanın müsabiqəni keçirməkdə məqsədi ədəbiyyata, kitaba olan marağı artırmaq, ədəbi zövqün formalaşmasına yardımçı olmaqdır.

Hər kəs oxuduğu nəsr əsərlərindən bir sitat (minimum 2 cümlədən ibarət ), şeirlərdən isə bir parça (maksimum 4 sətirdən ibarət) göndərməklə müsabiqəyə qoşula bilər.

Müsabiqəyə göndərilmiş mətnlər həm Azərbaycan, həm də dünya ədəbiyyatından ola bilər.

Hər kəs müsabiqədə yalnız bir mətnlə iştirak edə bilər.

Oxucu göndərdiyi nümunənin altından onun aid olduğu əsərin və müəllifin adını, öz adını və əlaqə telefonunu qeyd etməlidir.

İlk mərhələdə redaksiya göndərilən nümunələr əsasında 50 ən zövqlü oxucunu müəyyənləşdirərək, təqdim edilən nümunələri dərc etməyə başlayacaq. Sonrakı mərhələlərdə “20-lik”, “10-luq” və nəhayət, ilk üç yerin sahibi seçiləcək.

Müsabiqəyə mətnlər aprelin 4-dən mayın 1-dək qəbul edilir.

Qaliblər mayın 24-də (1844-cü ildə ilk teleqramın göndərildiyi gün) elan ediləcək.

Mətnlər [email protected]1937.az facebook səhifəsinə göndərilə bilər.

Mükafat:

I yer – 300 manat

II yer – 200 manat

III yer – 100 manat

Oxumağa davam et
Reklam
Reklam

Gündəm