Türkiyənin ən çox qazanan yazarları məlum oldu
Bizi izləyin

Yazarlar

Türkiyənin ən çox qazanan yazarları məlum oldu

“Forbes Türkiye” 2013-cü ildə Türkiyənin ən çox qazanan yazarlarının adlarını açıqlayıb. Keçən il, “Ustam ve Ben” romanı çapdan çıxan Elif Şafak 1,75 milyon lirəlik gəlirlə siyahıda birinci yerdədir.

İkinci yerdə 1,34 milyon lirə ilə Ahmet Ümit, üçüncü yerdə isə 1,33 milyon lirə ilə Sinan Yağmur yer alıb. 2012-ci ildə yalnız Sinan Yağmur və Ahmet Ümitin qazana bildiyi bir milyonu keçən il səkkiz yazar qazanıb. Elif Şafak, Ahmet Ümit, Sinan Yağmur, Zülfü Livaneli, Ahmet Altan, İskender Pala, Yılmaz Özdil və Ayşe Kulinin əldə etdiyi gəlirlər bir milyon lirədən çox olub.

2012-ci ildə Türkiyənin ən çox qazanan 20 yazarının toplam gəliri 11 milyon türk lirəsi civarındaydısa, 2013-cü ildə bu rəqəm 14,8 milyon lirəyə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm