• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ramiz Rövşənin doğum günüdür

  • Yazarlar
  • 15 Dekabr 2014 11:10
  • 1 134 Baxış
Ramiz Rövşənin doğum günüdür

Bu gün Azərbaycanın tanınmış şairi, istedadlı qələm sahibi Ramiz Rövşənin doğum günüdür. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindən olan şair 1946-cı ilin bu günündə Bakının keçmiş Xilə, indiki Əmircan kəndində anadan olub.

Suraxanı rayonundakı 208 nömrəli orta məktəbi bitirən Ramiz Rövşən indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1964-69), Moskva Ali Ssenari kurslarını bitirib.

Şairin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ ölkələrində, həmçininAmerika, Almaniya, Fransa, Polşa, Türkiyə, Iranda çap olunub.

Publika.az kollektivi olaraq Ramiz müəllimi təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq!

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR