Yazarlar
Tanınmış söz adamları AYB-yə yığışdı – FOTO
Bu gün AYB-nin Natəvan klubunda Könül Həsənqulunun “O zəminin sahili” adlı şeirlər kitabının təqdimatı keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyat adamlarından Vaqif Yusifli, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Qismət, Rəbiqə Nazimqızı, Mirmehdi Ağaoğlu, Vaqif Əsədov, Səlim Babullaoğlu, Kənan Hacı, Şəhriyar Del Gerani, Qan Turalı, Ramin Hacılı, Aysel Əlizadə və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB mətbuat xidmətinin katibi Xəyal Rza şairəni təbrik edib, ona uğurlar arzulayıb.
Daha sonra çıxış edən tənqidçi Vaqif Yusifli xanım şairə ilə bağlı bunları deyib:
“Kitabla tanış olmasam da, indi vərəqlədim, bəzi şeirləri oxudum. Könülün poetik təfəkkürü moderndir. O, hamının yanaşdığı duyğuları başqa tərəfdən görə bilir. Şeirinə başlamış olduğu zəmi mövzusunda da məharətlə digər məsələləri qabardır, gözəlliyi ilə inqilab mövzusuna keçid edərək sürrealistliyi göstərir. Bundan əlavə, o, təşbeh və metaforalardan da yerində istifadə edib”.
Vaqif Yusiflidən sonra söz alan Kəmalə Abıyeva da Könül Həsənqulunun şeirləri haqda danışıb: "Şeirlərini sevdim, çox bacarıqlıdır. Mən tənqidçi yox, oxucu kimi onun cümlələrinin ahənginə qapıldım".
Qeyd edək ki, “AybKitab” layihəsində çap olunan “O zəminin sahili”
Könül Həsənqulunun ilk kitabıdır.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər