Dostları Tofiq Abdini anır
Bizi izləyin

Yazarlar

Dostları Tofiq Abdini anır

Dostları Tofiq Abdini anır

Tanınmış yazar Tofiq Abdinin qəfil vəfatı hamımızı sarsıtdı. Onun dostları üçün də bu, ağır bir itkidir. Qələm dostları Tofiq abini belə anırlar.

Aqil Abbas (yazıçı, millət vəkili): Tofiq Abdinin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. O, bədii publisistikamıza özünəməxsus üslub gətirmişdi, onun yazıları hamıdan seçilirdi, sevilirdi, oxunurdu. 70-ci illərdə “Qobustan” jurnalında dərc olunan yazıları yazı tərzinə görə qeyri-adi idi. Bənzərsiz yazar idi. Allah rəhmət eləsin!

Fəthi Gədikli (İstanbul Universitetinin professoru): Şok içindəyəm. Hər zaman onu sevgiylə, sayğıyla anacağam. Daha mənə arada zəng edib “bu nədir” deyə soruşacaq bir adam olmayacaq. Məmləkətinin dərdini öz dərdi bilən insan idi. Türk dünyasının ağrılarını öz içində daşıyan bir yazar idi. Sevgili ailəsinə səbr və dözüm diləyirəm. Ruhu şad olsun!

Qalib Toğrul (yazar): Ən azı həftədə bir dəfə Tofiq müəllimlə görüşərdik. Bazar günü futboldan çıxan kimi ona zəng edər, evinin qarşısından götürüb çayxanaya gətirərdim.
Abi, həyatda oldugun sonuncu bazar günü çayxanadan tez qalxacaqdım, sənə zəng etmədim. Mənsiz darixarsan, deyə. Adətən, bazar günü sənə zəng etməyəndə sən məni arayardın. Bu dəfə sən də zəng etmədin. Beləcə bizim növbəti görüşümüz qiyamətə qaldı, abi.

Mayis Əlizadə (araşdırmaçı, yazar): Tofiq heç vaxt öz xarakterini terk etmedi. Onu özəl qılan da bu idi. 50 yaşı olanda “Şair yaranan əmrə peşiman ola bilməz” adlı yazımı “Qobustan” jurnalına vermişdi. Dünəndən bəri son məktubuna baxıram, onsuz da hay-küylü olan İstiklal caddesindəki səsi qulağımdan getmir. Elə bilirəm ki, Karaköyə qədər arxasınca baxdım, ordan gəmiyə minib getdi...

Kənan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm