Yazarlar
XXI əsrin “Şeytanları”: qapıları bağlayın, onlar yenə gəlir
“O, əclafdır, Nikolay Vsevolodoviç əclafdır”
Dostoyevski “Şeytanlar” romanının əsas mənfi personajı Nikolay
Stavroginə əclaf deyirdi və o, iblisin özü idi.
Adi ailə dramından yola çıxan dahi rus dünyanın siyasi səhnəsini
göz önünə sərir. Nihilistlərdən (qərbçilər, liberallar - red.) və
onlarla eyni səviyyədə dayanan əclaflardan bəhs edir.
Və bu gün dünyanın siyasi nizamında yaşanan “dram” XIX əsrin
Rusiyasına çox bənzəyir.
Əclaflar: Onlar inqilab afişası altında xalqları aldadır, birjalardan başlayaraq insanların ciblərinə qədər girir, müharibələr, qanlar tökür.
Nihilistlər (qərbçilər): Onlar yalnız inqilab afişalarının asıldığı çubuqları tutur, tərifini belə düz-əməlli anlamadan “azadlıq” deyə qışqırır. Onlar “Şeytanlar”dakı Pyotr Stepanoviç (real insan olan Neçayev adlı inqilabçı gəncin personajıdır - red.) və dostlarına çox bənzəyir, insanlara yalnız anarxiya gətirirlər.
İndiki dünyanın siyasi sistemində Nikolay Vsevolodoviçlər realdır.
Onlar özlərini Allah hesab edir, diktə etməyə çalışır, planlar
qurur, təbliğatlar aparır... Onların hədəfi boyun əydirməkdir.
Çoxumuzun xəbəri olmadan bu təbliğatlar qapımızı döymədən evimizə
qədər girə bilir və qulağımıza pıçıldayır: “Səhər yeməyi
gün ərzində qida qəbulunun ən mühüm olanıdır”. Heç dəxli
var?!
Lakin hər zaman kimlərsə bizə öz evimizdə baş verənlərdən xəbərsiz olduğumuzu sübut etməyə çalışır. Mənzərə tanışdır. Cəmi 3 il öncə “Eurovision-2012” Bakıda keçirilərkən bizə “Xəzər suyunun duzlu olmadığı” kimi nəsnələri sübut etməyə çalışırdılar və inananlar da tapılmışdı. Çünki bu təbliğatçılar çox mahirdir. Heç nə olmasa belə, nəsə tapmağı bacarırlar.
Qapıları bağlayın, onlar yenə gəlir
Bu günlərdə “Bakı-2015” I Avropa Oyunları ilə bağlı Amerikanın
“EurasiaNet.org” saytı da bir məqalə yayımlandı. Sayt Avropa
Oyunlar zamanı qonaqlara verilən səhər yeməyini “turizm
azadlıqların məhdudlaşdırılması” kimi dəyərləndirir və yazır:
“Mətbəx Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə
tanıtmağa hesablanmış bu missiyanın bir hissəsidir. Səhər yeməyi
gün ərzində qida qəbulunun ən mühüm olanıdır. Ancaq “Azerbaijan
Breakfast”ın tərkibinə nə daxildir? İdeyanın cəlbedici olmasına
baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi hələ bunu
müəyyənləşdirməyib. Dövlət Patent Komitəsi də heç nə bilmir. İddia
etmək çətindir ki, “Azerbaijan Breakfast” patentləşdirilməyə layiq
olacaq dərəcədə qeyri-adidir. Bir qayda olaraq bu yeməyə qoyun
pendiri, bal, yoğurt, meyvələr, pomidor-yumurta, çörək və çay, çay,
çay... daxildir. Məzmun regionun digər ölkələrindən
fərqlənmir”.
Məqalədə həmçinin otellərdə televizorlarda yalnız yerli kanallar
göstəriləcəyi və məqsədin qonaqların yalnız Azərbaycan hökumətinin
mövqeyini əks etdirən xəbərlərə baxmalı olduğu iddia olunur. Sayt
Azərbaycanda jurnalistlərin və fəalların həbs olunduğunu da iddia
edir.
“EurasiaNet.org” saytının bağlı olduğu dairəni araşdıranda hər şey
ortaya çıxır və Dostoyevskinin “Şeytan”ının başı görünür. Söhbət
“inqilab ixracatçısı”, birjaçı, filantrop hesab olunan Corc
Sorosdon gedir. Azərbaycan insanı üçün bu ad çox şey deməkdir.
Lakin bu adın iki anlam daşıdığı da məlumdur. Cəmiyyətin çox az
hissəsi, hansı ki, C. Sorosa bağlı fondlarda, təşkilatlarda
işləyənlər onu demokrat, əksəriyyət isə “xaosun
banisi” hesab edir.
O, Nikolay Vsevolodoviçə çox bənzəyir. “Pul” - bəzən onun Allahının
məhz bu amil olduğu deyilir. O, “inqilabçıdır”, lakin ötən əsrin
inqilabçılarından fərqlənir. Bu qoca “inqilabçı” Çe Gevara kimi
inqilab dalınca Boliviyaya qədər getmir. Hədəfdə olan və boyun
əyməyən ölkəni qarışdırmaq üçün özünün “qladiatorlarını” göndərir,
getdikləri ölkələrdə afişa çubuğunu tutanları məmnun etmək üçün
ciblərinə yaxşı pul da qoyur.
2003-cü ilin Tiflisi onu unutmayıb. “Qızılgülləri” gürcü paytaxtına
məhz Soros gətirmiş və SSRİ qalığı hesab etdiyi Şevarnadzeni arxivə
göndərmişdi. Əvəzində gürcülərə müharibə və torpaq itkisi verdi.
2004-cü ilin Kiyevini də “narıncıya” Soros boyamışdı. 9 il sonra
Ukraynada “Maydan” açılmasında da onun rolu böyük oldu.
Slavyanların asi oğullarının qisməti müharibə oldu.
“İnqilab müharibə və bədbəxtlik gətirir”
Sorosun bədbəxtlik gətirmək istədiyi ölkələrdən biri də Azərbaycan
idi. Bakı küçələrinin şahidlik etdiyi “qızılgüllər” və
“narıncıların”, həmçinin, “ərəbləşmiş” Stepanoviç və dostlarının
arxasında həmişə bu və ya digər formada onun başı görünürdü. Lakin
bu, qoca “inqilabçı”nın boğazında sümük kimi ilişib qaldı. Corc
Soros Azərbaycanda gerçəkləşdirmək istədiyi arzusuna çatmadı. O, öz
uğursuzluğunu “Azərbaycan xalqının inqilaba hazır olamaması” ilə
izah edir. Lakin bu qoca “bu xalqın öz taleyini özü
seçdiyini və seçdiyi şəxsin arxasında sonuna qədər
dayandığını” anlaya bilmir. O, yalnız öz prinsipi ilə
düşünür, Nikolay Vsevolodoviçin düşündüyü kimi.
Son illərə qədər Corc Soros müxtəlif fondlar və təşkilatlar
vasitəsilə Azərbaycanda fəaliyyət göstərir, ölkənin daxili işlərinə
birbaşa, çağırılmamış qonaq kimi burnunu soxurdu. Bakı buna sonuna
qədər dözümlü yanaşdı, nəhayət, hər şeyin sonu olduğu kimi Sorosun
Azərbaycan “macəralarının” da sonu gəldi. Bundan sonra onun
qisasçılıq hissi ilə geridönüşü gözlənilən idi. Lakin o, son təması
qurmadan buna getmək istəmədi və Davosda Azərbaycan Prezidenti ilə
görüşdü. Yayılan məlumatlara görə, dövlət başçısından Azərbaycanda
fəaliyyətinin bərpa etməyi xahiş edib və razılıq alıb. Lakin bir
şərtlə: ölkənin daxili işlərinə qarışmayacaq. Bu C. Sorosa sərf
etmədi və həmin görüşdən dərhal sonra Azərbaycanla bağlı tənqidi
bəyanat yaydı. Qoca “inqilabçı” qisasa başlamışdı. “Bakı-2015” isə
bunun üçün əla müstəvi ola bilər. Məhz “turizm
azadlıqlarının məhdudlaşdırılması” deyə səhər yeməyi
təbliğatı bunun tərkib hissəsidir. Çox uğursuz başlanğıcdır.
Görünür, 85 yaşlı “inqilabçı” başının yerinə mədəsi ilə düşünməyə
başlayıb.
Lakin o da faktdır ki, Soros tək deyil və “Bakı-2015” üzərindən
Azərbaycanla bağlı təbliğatın şaxələndirilmiş qollarında müxtəlif
güclər dayanır. Bu, ümumi mənada geniş şəbəkədir və Soros bu
hörümçək torunu hörənlərdəndir. Bir də bu hörümçək torunda
artıqların qoxusuna toplaşan böcəklər var, hansı ki, sonda onlar da
qurbana çevrilir…
“Ən təhlükəli düşmən ən yaxın düşməndir”
Onlar yalnız inqilab afişalarının asıldığı çubuqları tutur
və...
Azərbaycanlı Stepanoviç və dostları bu gün siyasi səhnədə hörümçək torunu quranların “toruna” düşür, “Bakı-2015” üzərindən ölkəyə qarşı aparılan təbliğatda rol alır. Onlar yanlarında olmayanları xain hesab edir və bəzən bu ölkənin ən yaxın və ən təhlükəli düşmənləri kimi davranırlar.
Dostoyevski müasir siyasi leksikonun anarxist, radikal adlanan nihilistlərin “inqilab” və “utopiya” xəyallarının arxasında güclü bir iqtidar istəyinin olduğunu yazır. Onlar bunun üçün aralarında “xain” hesab etdiklərini (Şatov) parkda öldürüb cəsədini gölə tullamağa hər an hazırdırlar. Unutmayın Stepanoviç və dostları bu gün ölkənin siyasi partiyalarında, inqilab və gələcək demokratiya adı altında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarında mövcuddur. Artıq başlanan təbliğatın tərkib hissəsində Stepanoviç və dostlarının inqilab afişalarının çubuqlarını tutan əlləri görünür...
Lakin təcrübə onların və əllərinə afişa verənlərin taleyini indidən bəlli edir. Hörümçək toruna toplaşan böcəklərin sonunda qurban olduğu kimi...
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq