Yazarlar
Bahadur Qobustan - A böyük uşaq, körpələş
Yeni şeir
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi…
Yenə də insan oğlu
Tikana qarğış etdi,
Gülə alqışlar dedi.
Beləcə keçdi ömür…
İnsanın atdığı daş
Dəyişdi yavaş-yavaş,
Daha da ağır oldu,
Böyümədi adamlar,
Bitmədi göz yaşları,
Yenə quru yer üstə
Elə o yerdən ötrü
Düşdü insan başları.
Beləcə bir-birinə
Zənci dedi adamlar,
Rus, ingilis, türk dedi,
Sığındığı kölgəyə
Güclü dedi admlar.
Biri özünə uca
O biri böyük dedi.
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.
Beləcə kölgə oldu
Dünyanın hər bir yanı.
O dedi günəş hanı?
Bu dedi ay necoldu?
Yenə sevgi qazandı,
Yenə dünyadan ötrü ölənlər gülünc oldu
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya,
Bir udum günəş yedi.
Və ən axrıcı dəfə
Yığşdılar adamlar
Məzar üstə əl açıb
Göylərə boylandılar
Allah düşdü yadına
Hər günahkar adamın
Sonra torpaqladılar üstünü yavaş yavaş
Qədirbilməz qonşular
Laqeyid qohum-qardaş,
başladılar öygüyə,
Biri dedi ay idi,
Bir dedi günəş idi,
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya,
Bir udum günəş yedi.
A böyük uşaq, körpələş
A böyük uşaq körpələş,
Get torpağa sarı get.
Qapıdan gedə bilməsən,
Uçurdub hasarı get,
Get torpağa sarı get.
Üz-gözün kir içindədi,
Harda oynamısan belə,
Özünə yazığın gəlsin,
Atan ki, ölməyib hələ,
Anan ki, ölməyib hələ,
Yu üzünü yu, bir az yu,
Bir dəfə,
Yox beş dəfə,
Lap istəsən 10 dəfə yu,
De, mən səndən duruyam su,
Bir də aydan arı get,
A böyük uşaq körpələş
Get torpağa sarı get
Qapıdan gedə bilməsən,
Uçurdub hasarı get,
Get, torpağa sarı get.
Ora bax, ora bax, ora,
Ordan sonra bir də bax.
Bir də ora get, bir də,
Çiçəklər səni tanısın,
Ağaclar səni tanısın,
Öləndən sonra qəbirdə...
Atan ki, ölməyib hələ,
Anan ki, ölməyib hələ,
Ölməmişdən barı get,
A böyük uşaq, körpələş,
Get torpağa sarı, get.
Qapıdan gedə bilməsən,
Uçurdub hasarı get,
Get torpağa sarı get...
Aynaya bax gör nə deyir
Yenə bir intihar oldu
Yenə bir əsgər öldü
Şər deyir ki, xeyir öldü
Xeyir deyir ki, şər öldü.
Sən sağ-salamatsan axı
Qır o aynanı, qır tulla
Babalar gedən düz yolla
Ucalar gedən düz yolla
Allahdan aşağı get
Dünyadan yuxarı get
A böyük uşaq körpələş
Get torpağa sarı get
Qapıdan gedə bilməsən
Uçurdub hasarı get
Get, torpağa sarı get.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi