Dünya
“Cəhənnəm topları” yenə işə düşdü: PKK-nın 5 gizli silah anbarı darmadağın edildi
Türkiyə PKK-ya qarşı keçirdiyi hava hücumları nəticəsində terror təşkilatının 5 gizli silah anbarını məhv edib.
Publika.az “Sabah” qəzetinə istinadən xəbər
verir ki, PKK rəhbərliyi Türkiyənin bu anbarlardan xəbərsiz
olduğunu düşünürdülər. Gizli mənbə deyib ki, “əməliyyat olacağını
düşünmürdülər, PKK-nın beli qırıldı”.
Təşkilatın darmadağın edilən beş gizli silah anbarında ABŞ-ın
PYD-yə verdiyi silahlar saxlanılırmış. ABŞ İŞİD-lə müharibə aparan
PYD-yə havadan 24 ton silah-sursat yardımı etmişdi. Bura avtomat,
mina, snayper silahları, raketlər və digər sursatlar daxil idi. PKK
bu silahların bir qismini PYD-dən alaraq Şimali İraqa keçirib,
həmin gizli anbarlarda saxlayırdı. Hava hücumu nəticəsində bütün
silahlar məhv edilib.
Türkiyə Hava Qüvvələri PKK-ya qarşı 7-ci hava hücumunu dünən
terror təşkilatı tərəfindən Şırnakda bir zabit, üç əsgərin şəhid
edilməsindən sonra başlayıb. Diyarbəkir hərbi bazasından havaya
qalxan F-16 və F-4/2020 tipli 30-a qədər döyüş təyyarəsi Kandil,
Hınari, Gare, Zap və Metina bölgələrində PKK-nı darmadağın
edib.
Bununla yanaşı, İraq sərhədində yerləşdirilmiş artilleriya
batareyaları “cəhənnəm topu” deyilən “Fırtına” topları ilə PKK-nın
əvvəlcədən müəyyənləşdirilmiş hədəflərini atəşə tutublar.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR