Nida.az
Rusiya dağılacaq, Qarabağ problemi həll olunacaq – ŞOK AÇIQLAMA
“Azərbaycan qazı Rusiyaya qarşı alternativ üçün Avropa
Birliyinə lazımdır. Hesab edirəm ki, Avropa Birliyi ilə Cənubi
Qafqazın yaxınlaşması prosesi uzun müddət davam edəcək və burada
türk amili mühüm rol oynayacaq”.
Publika.az xəbər verir ki, bu barədə alman
politoloqu Aleksandr Rara deyib.
Onun sözlərinə görə, Qərb və Rusiya düşmənçiliyi bir kənara qoya
bilər: “Lakin Orta Şərqin problemi daha çətin həll olunacaq.
Kommunizmin dağılmasından sonra Avropa Qərbin təhlükəsizlik
məsələlərini Rusiyasız həll etməyə çalışır”.
Alman eksperti İranın Dağlıq Qarabağ münaqişəsində iştirakını da
şərh edib.
“İrana qarşı sanksiyaların qaldırılmasından sonra bu, Rusiyaya
tətbiq oluna bilər. Düşünmürəm ki, bu, bütün avropalılar tərəfindən
yaxşı qarşılanacaq. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmasında iştirak edən ATƏT-in Minsk qrupuna İran dəvət
olunmayacaq. Türkiyə regiona İran sülhməramlılarının daxil olmasını
qəbul etməz. Bu, indiki halda İrana da lazım deyil. Çünki Tehranın
Suriya, İraq, Yəmən kimi qayğıları var. İran indi təcrid
olunmamağın yollarını axtarır. Cənubi Qafqaz vasitəsilə Avropa
bazarlarına yol onun üçün uzaqdır. Ona görə də Mərkəzi Asiya
bazarına daha çox diqqət verir”, - deyə o bildirib.
A. Rara qeyd edib ki, Avropa Birliyi Azərbaycanla yaxınlaşmanı
tamamilə kəsərsə, Bakı üzünü Avrasiya İttifaqına çevirə bilər:
“Lakin bunu Avropa istəməz. Avrasiyanın enerji bazarı da Azərbaycan
üçün maraqlıdır”.
Ekspert perspektiv haqda bildirib ki, Rusiya dağılacaq və Ukrayna
da daxil olmaqla, post-sovet məkanındakı münaqişələr həll
olunacaq.
Asif Nərimanlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı