Dünya
Ərdoğan ABŞ-a Yaxın Şərqin xəritəsini dəyişdirməyə gedir - İDDİA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqust ayında ABŞ-a gedə biləcəyini açıqlaması Suriya və İraqla bağlı yaxın vaxtlarda önəmli planların həyata keçiriləcəyi ehtimalını artırır.
Publika.az xəbər verir ki, ABŞ-ın “The New York Times” nəşri Ankara və Vaşinqton arasındakı İncirlik razılaşmasını xatırladaraq Yaxın Şərqə yeni şəkil veriləcəyini yazıb.
“PKK və İŞİD böyük əməliyyatlarla qarşı-qarşıya qalacaq. Bəşər Əsədin getməsi üçün Vaşinqton daha aktiv rol oynamağa başlayacaq. Bölgənin gələcəyi Ərdoğan-Obama görüşündə planlaşdırılacaq”, - Amerika nəşri bildirib.
Türkiyə ilə ABŞ arasındakı İncirlik razılaşmasının əhəmiyyətinə diqqət çəkən nəşr qeyd edir ki, Ankarının uzun müddətdir Suriyanın şimalında yaradılmasını tələb etdiyi “tampon bölgə” artıq Vaşinqtonda da qəbul olunur. “The New York Times” həmçinin qeyd edir ki, “Əsədsiz yeni Suriya” mövzusunda Ankara və Vaşinqtonun mövqelərinin son vaxtlar bir-birinə daha da yaxınlaşması diqqət çəkir.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi