Alsu Bakıdan sonra Kiprdə klip çəkdirir – FOTOLAR
Bizi izləyin

Magazin2

Alsu Bakıdan sonra Kiprdə klip çəkdirir – FOTOLAR

Tatarstanın xalq artisti Alsu yeni klip çəkilişlərinə başlayıb.

Publika.az xəbər verir ki, “Там, где нет тебя“ (“Sənin olmadığın yerdə”) mahnısının klip çəkilişləri üçün Alsu Kipr adasına üz tutub. Klipdə müğənni Yunan ilahəsi Afroditanı canlandırıb. Yunan miflərinə görə Afrodita sevgi və gözəllik ilahəsidir.

Klipin rejissoru Yevgenios Zosimovdur.

Xatırladaq ki, müğənni daha əvvəl də “Останься” adlı mahnısına Bakıda klip çəkdirib. Azərbaycana rəğbəti ilə seçilən müğənni Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını Azərbaycan dilində ifa edib.

Qeyd edək ki, Alsu Bakıda anadan olan yəhudi əsilli iş adamı Yan Abramovun həyat yoldaşıdır. Cütlüyün iki qız övladı var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm