Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti səhnələşdiriləcək
Bizi izləyin

Art

Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti səhnələşdiriləcək

Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti səhnələşdiriləcək.


Publika.az xəbər verir ki, balet truppasının gənc solistləri Cəmilə Kərimova, Anar Tahirov, Ayan Eyvazova ilk dəfə çıxış edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

İlk dəfə 2005-ci ildə səhnəyə qoyulmuş və Rusiyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Rusiya Akademik Böyük Teatrı və Mariinski adına teatrın səhnəsində böyük uğurla nümayiş olunan “Eşq və Ölüm” baletinin librettosu “Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınıb və əbədi məhəbbətdən bəhs edir.


2015-ci ilin fevralında P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə baletin quruluşu bərpa edilərək yenidən səhnələşdirilib.

Xoreoqraf Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssam Dmitri Çerbadjidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm