Türklər Rusiyaya buraxılmır - Moskvada Türkiyə vətəndaşları saxlanıldı
Bizi izləyin

Dünya

Türklər Rusiyaya buraxılmır - Moskvada Türkiyə vətəndaşları saxlanıldı

Türkiyənin Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra rəsmi səviyyədə pisləşən münasibətlər adi vətəndaşlara da təsirsiz ötüşmür.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyaya gedən türklərə Moskvadakı “Şeremetyevo” aeroportunda süni problemlər yaradılır.

Səhər saatlarında hava limanına enən türklərə sərt münasibət sərgilənir. Buradan müxtəlif bölgələrə getməli olan Türkiyə vətəndaşları ölkələrinə qaytarmaqla təhdid olunurlar.

“Biz buradan Perm şəhərinə getməliyik. Bir Rusiya şirkəti ilə görüşməliyik. Hava limanına endikdən sonra pasport növbəsində dayandıq. Olduğumuz təyyarədəki Türkiyə vətəndaşlarının pasportları müsadirə olundu və bizi gözləməyə məcbur etdilər. Əlavə heç bir məlumat verilmədi. Beş saat sonra rus polisi bizə Türkiyəyə geri göndəriləcəyimizi bildirdi. Biz isə bildirdik ki, konsulluqdan xəbər gözləyirik. Amma hamınızın qandallanacağını deyərək 11 nəfəri nəzarət otağına apardılar. Hələ orada gözləyirik. Bizə su və yemək verilmir. Tualetə tək-tək və polisin nəzarəti altında gedirik”, - Cəmil Özdəmir deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm