49 yaşlı aktrisanın əsrarəngiz ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Dəb

49 yaşlı aktrisanın əsrarəngiz ziyafət libasları - FOTOLAR

Bu günlərdə 49 yaşlı Salma Hayekin ünvanına çoxlu tənqidlər səslənir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz dekolteli libasına görə, tənqid hədəfinə çevrilib. Onların fikrincə, aktrisa “London Standart Evenind Theatre Awards” tədbirində geyindiyi dərin dekolteli libası ilə hər kəsi şoka salıb.

Lakin pərəstişkarları və jurnalistlər tərəfindən ittiham olmasına baxmayaraq, stilistlər aktrisanı müdafiə edərək onun geyimi ilə bağlı heç bir qüsuru olmadığını söyləyiblər:

“Böyük sinə - bu artıq öz-özlüyündə gözəldir, amma böyük sinəyə uyğun geyim seçmək bir o qədər asan deyil. Çoxları onu gizlətmək üçün qapalı köynək və donlar seçir, yaxud da əsas diqqəti ayaqlara yönəldirlər. Salam Hayek isə əksini edir. Nəticədə, onun obrazları heç də kobud görünmür. Salma Hayek istənilən halda dekolteli libasları geyinməyi bacarır. O, adətən, sinəsinin həcmini sıxan dekolteli libaslar seçir. Lakin dərin sinə dekolteli don geyindikdə həmişə bir prinsipə əsaslanır: sinə açıqdırsa, ayaqlar örtülü olmalıdır!”.

Stilistlər bildirib ki, sinəsi böyük olan xanımlar Salma Hayekin stilindən ilham ala bilərlər.

Modapərəst xanımlar üçün aktrisanın ən yaddaqalan ziyafət libaslarını toplamışıq. Baxın və zövq alın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm