Dərini qışa hazırlayan maskalar
Bizi izləyin

Gözəllik

Dərini qışa hazırlayan maskalar

Qış aylarında soyuq havanın təsiri ilə həssaslaşan və quruyan dəri daha çox qulluq tələb edir.

Publika.az-ın təqdim etdiyi maskalar dərinizi qışa hazırlayacaq.

Yumurta maskası:

Tərkibi:

1 ədəd yumurtanın sarısı

2 çay qaşığı bal

2 xörək qaşığı yer fıstığı yağı

5 damcı limon şirəsi

Hazırlanması və tətbiqi:

Hamısını qarışdırıb çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.

Avokado maskası:

Tərkibi:

Yarım avokado

1 ədəd yumurtanın sarısı

20 damcı limon şirəsi

Hazırlanması və tətbiqi:

Məhsulların hamısını qarışdırıb məcun əldə edin. 20 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Maskadan dərhal sonra nəmləndirici krem çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm