Rusiyanın tələbləri açıqlandı: “Ankara üç şərti yerinə yetirməlidir”
Bizi izləyin

Dünya

Rusiyanın tələbləri açıqlandı: “Ankara üç şərti yerinə yetirməlidir”

Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Markov Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün ölkəsinin şərtlərini açıqlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Markov Ankaranın üç şərti yerinə yetirməli olduğunu deyib.

1.Təyyarənin Suriyanın hava məkanında vurulmasının qəbul edilməsi.

2. Türkiyənin bu hadisəyə görə üzr istəməsi.

3.Günahkarların cəzalandırılması.

“Təyyarə böhranına qədər biz Türkiyəni dost ölkə olaraq görürdük. Lakin hərbi təyyarəmiz vurulur və pilotumuz öldürülürsə, biz bunu düşmən davranış kimi qiymətləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvinin olduğunu biz əvvəl də görürdük, lakin Türkiyə ilə çox yaxın əlaqələrimiz olduğu üçün bunu açıq şəkildə dilə gətirmirdik. Ancaq indi açıq danışmağımız üçün heç bir maneə yoxdur”, - Putinin məsləhətçisi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm