Bilgi.az
Qəzzafi və beynəlxalq neft şirkətləri – Bir qətlin tarixçəsi
Adıgözəl Məmmədov
1969-cu ilin sentyabrına qədər Liviyada neft yataqlarının kəşfiyyatı və işlənməsi üzrə konfessiya hüququna malik olan 50-yədək kompaniya fəaliyyət göstərirdi. Bununla yanaşı onlar yerli neft qanunvericiliyini dəfələrlə pozmuşdular. Faktiki olaraq bu, "dövlət içində dövlət" idi və belə bir şəraitdə ölkənin əsl iqtisadi müstəqilliyindən danışmaq çətin idi.
Sentyabr inqilabından sonra Liviyanın rəhbəriliyinə keçmiş Müəmmər Qəzzafi ölkədə fəaliyyət göstərən xarici neft monopoliyalarına qarşı aktiv hücum başlamışdı ki, bu da onların mülkiyyətinin mərhələli şəkildə milliləşdirilməsi ilə nəticələnirdi.
1970-ci ilin martında Liviya Milli Neft Korporasiyası (LMNK) yaradıldı ki, onun da səlahiyyətlərinə xarici firmaların birbaşa burada fəaliyyət göstərən filialları vasitəsilə və müştərək kompaniyaların işində payçı kimi iştirak etmək yolu ilə neftin kəşfiyyatı, çıxarılması, emalı və satışı ilə bağlı olan bütün praktiki məsələlərin həlli daxil idi. LMNK-nın əsas filialları "Arabian Qalf Oyl Kompani" ("Acoko") və "Um Cavabi", eləcə də 1971-ci ildə yaradılmış, 1973-cü ildə LMNK və onun filialları tərəfindən çıxarılan neftin və neft məhsullarının ixracına monopoliya hüququ verilən "Breqa Oyl Marketinq Kompani" idi.
Neft sənayesinin dövlətin nəzarətinə keçirilməsi prosesi kompaniya əmlaklarının tamamilə və qeyd-şərtsiz müsadirə edilməsi formasına malik deyildi və lakin kəskin konfrantasiya şəraitində baş verirdi; baxmayaraq ki, Liviyada fəaliyyət göstərən xarici kompaniyaların əmlaklarının milliləşdirilməsi tədricən və kompensasiya şəraitində həyata keçirilirdi.
1970-ci ilin iyulunda neft məhsullarının daxili satış şəbəkəsi, eləcə də ixracı tamamilə milliləşdirildi. Elə həmin ildə də "Fillips"in (Amerika), 1971-ci ildə isə "Britiş Petroleum"un (İngiltərə) Liviyadakı yataqları milliləşdirildi. 1973-cü ilin sentyabrında iri beynəlxalq monopoliyalardan "Eksson", "Mobil", "Teksako", "Şevron"un ("Stankal" filialı) mülkiyyətlərinin 51 faizinin milliləşdirilməsi baş tutdu. Milliləşdirilmə həmçinin "Eksson"un bir sıra konsessiyalarında səhmlərin 50 faizinə malik olan Amerikanın "Atlantik Riçfilds" və "Qreys" və "Mobil"in ortağı olan Qərbi Almaniyanın "Qeizenberq" kompaniyalarını əhatə etdi. 1974-cü ilin fevralında Amerikanın üç kompaniyasının – "Teksako", "Stankal" ("Amosiz" qrupuna daxil olanlar), "Libien Ameriken Oyl", həmçinin "Royal Datç-Şell" kompaniyalarının əmlakları milliləşdirildi.
Ardıcıl olaraq bütün prinsiplər həyata keçirilməyə başladı, müvafiq olaraq neft təchizatı üzrə yeni müqavilə və sazişlər hər şeydən əvvəl, transmilli kompaniyaları ilə deyil, alıcı ölkələrin hökumətləri ilə, yaxud da onların milli neft firmaları ilə bağlanırdı. Liviya Rumıniya, Türkiyə, AFR, İtaliya, Filippin, Hindistan, Qana, Yunanıstan, İspaniya və b. ölkələrlə bu cür müqavilələr bağlamışdı.
Liviyanın mövcud qanunvericiliyinə uyğun olaraq xarici neft kompaniyaları ölkədə öz əməliyyatlarını neftin hər növünə müvafiq olaraq sorğu qiymətləri ilə çıxarılan neftdə öz payının şərti dəyərinin 16,67 faizi həcmində "royalti" ödənişlərini, həmçinin ixrac olunan neftin şərti dəyərinin 65 faizi həcmində vergi nəzərdə tutan konsessiya sazişləri şərtləri daxilində "royalti" və istehsal xərclərini çıxmaqla aparırdılar.
2000-ci ilin əvvəllərində konsessiya sazişləri bazasında Liviyada 19 xarici neft kompaniyası fəaliyyət göstərirdi.
Liviyada LMNK ilə paralel surətdə fəaliyyət göstərən, hamıdan əvvəl milliləşdirilmiş monopoliya filiallarının aktivlərini saxlamış daha çox təsir imkanlarına malik kompaniya-operatorlar qrupu müştərək kompaniyaları təmsil edirdilər ki, burada da LMNK-nın iştirak payı 50 və daha yuxarı faizlə ölçülürdü. Bu, eləcə də müştərək kompaniyalar neftçıxarmanın 75 faizini, ixrac edilən neftin 30 faizdən çoxunu və maye qaz üzrə istehsal gücünün 10 faizini təşkil edirdi.
Qəzzafi dönəmində yeni iddiaçılara konsessiya icazəsi verilməsi dayandırıldı; kompaniyalar öz fəaliyyətini yalnız istehsalın pay bölgüsü ("prodakşn şerinq") haqqında əvvəllər bağlanmış, yaxud da yenidən imzalanmış sazişlər əsasında həyata keçirə bilərdi. Bu sazişlər üzrə Liviya quruda çıxarılan neftin həcminin 85, operator-kompaniya 15 faizini, quru şelfin işlənməsi ilə alınan neftin isə müvafiq olaraq 81 və 15 faizini alırdılar. Öz növbəsində Liviya neft yataqlarının (ümumi həcmin 80-85 faizə qədəri) işlənməsi xərcərinin xarici neft şirkətləri faizlə dotasiyası üsulu ilə maliyyələşdirilməsində iştirak edirdı.
Xarici şirkətlər bu sazişlərə müvafiq olaraq "royalti" ödənişindən və vergidən azad edilir, onlar çıxan neftdə Liviyanın payının hərraclarda alınması kimi üstün hüquqlarından yararlanır, aparılan və gətirilən mal və avadanlıqlar üçün gömrük rüsumlarından azad edilir, kapitallarını ölkədən kənara rahat göndərmək, binalar, neft boruları, yollar, limanlar və s. tikmək hüququna malik idilər. "Prodakşn şerinq" tipli sazişlər ilk dəfə olaraq 1974-1975-ci illərdə "Oksidentl", "Mobil Oyl", "Esso-Standart", "Ad-jip", "Petrobraz", "Alf Akiten" və b. ilə imzalanmışdı. 2000-ci ilin sonlarında, BMT-nin Liviyaya qarşı sanksiyalarının götürülməsindən sonra bir neçə kompaniya ("Britiş Petroleum", "Alf Akiten", "Total" və b.) da Liviyada əvvəlki şərtlərlə öz əməliyyatlarını bərpa etməyin mümkünlüyü barədə Liviya hökuməti ilə danışıqlara başladılar.
Qəzzafinin transmilli neft şirkətləri ilə qarşıdurmasına onun dəyərlər sistemi ilə baxdıqda həqiqətən də çox maraqlı bir psixoloji gərginliklə üzləşirsən. Şəxs ətrafa baxışı zamanı təkhakimiyyətliliyini sübut etməyə çalışır və ona qarşı ola biləcək alternativ qüvvənin formalaşa bilmə ehtimalı belə onu rahat buraxmır. Əslində xarici neft şirkətlərinin ölkədən çıxarılmasındakı əsas səbəblərdən də biri budur. Çünki Qəzzafi bu transmilli neft şirkətlərinin Afrika və ərəb ölkələrində onlarla razılaşmayan diktatorları necə zərərsizləşdirdiklərini yaxşı bilirdi. Ona görə də əndişə içərisindəydi. Məhz bu baxımdan da onların ölkədaxili siyasətdə yer almalarını istəmirdi və ən əsası isə onun təkəbbürü heç bir diktəni qəbul etmirdi. Ona yalnız mifi və qul psixologiiyasının daşıyıcısı olan ətraf və rəiyyət lazım idi. Ona yalnız onun fikrinin təftişsiz qəbulu və icrası lazım idi. O, bu mübarizədə hər bir avantüraya əl atmağa hazır idi. Ona görə də o, ilk əvvəl SSRİ-nin gücünə söykənərək demaqogik təbliğatla transmilli şirkətlərə qarşı savaş açdı. Kreml mərkəzli aparılan bu siyasət çox keçmədi ki, öz bəhrəsini verdi və bu transmilli şirkətlər ölkədən qovuldu. Amma SSRİ dağıldıqdan sonra meydanda tək qaldığını hiss edən Qəzzafi hakimiyyətinin ömrünü uzatmaq üçün yenidən bu transmilli şirkətlər şəbəkəsinə daxil olan qruplarla iş birliyinə başlayır. Dünənə qədər ifşa etdiyi "neft maqnatlarına söykənərək yenidən hakimiyyət"də möhkəmlənmək istəyir. Sosialist ideyalardan yavaş-yavaş geri çəkilmə və transformasiya proseslərinə start verilir. Kasıb bədəvinin həyat tərzində yaşadığını nümayiş etdirən Qəzzafinin övladları milyarderlərə çevrilirlər.
Ölkənin bütün sərvəti bu transmilli şirkətlərlə Qəzzafinin övladları arasında bölüşdürülür. Amma bütün bunlarla yanaşı qoca diktator hələ də öz vərdişlərini saxlayırdı. Onun həyatının ən başlıca meyarı olan avtoritar rejimini qorumaq və özünün qeyri-adi bir insan olduğunu sübut etmək idi. Yalnız qoca diktator onu unudurdu ki, Liviya dünyanın bir parçasıdır və aparılan təbliğatlara baxmayaraq insanların həyat fəlsəfəsi bəşəri və insani dəyərlərlə formalaşırdı. Ona görə də aparılan təbliğat insanlarda artıq ikrah hissi yaradırdı. Liviya cəmiyyəti sosial partlayışa hamilə idi. Amma qoca diktator bunları anlaya bilmirdi və bilməzdi də. Ona görə ki, onun təkəbbürü və özündən müştəbehliyi baş verən dəyişikliyi görməyə imkan vermirdi.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi