Bədən makiyajı ilə daha cazibədar görünün! – FOTOLAR
Bizi izləyin

Gözəllik

Bədən makiyajı ilə daha cazibədar görünün! – FOTOLAR

Uzun müddətdir ki, konturlama texnikası makiyaj trendləri arasındakı populyarlığını qoruyur. Bildiyiniz kimi, konturlama texnikası sayəsində üz cizgiləri daha cazibədar hala gətirilir. Tünd və açıq rəngli korrektorların lazımlı bölgələrə çəkilib fırça ilə yayılması ilə ortaya inanılmaz nəticələr çıxır.

Ancaq son günlər bu texnikadan bədən makiyajında da istifadə olunur. Bəli, makiyajla sadəcə üzünüzü deyil, bədəninizin gözəlliyini də vurğulaya bilərsiniz.

Bəs necə?

Publika.az sizə bədən makiyajı ilə bağlı bir neçə ipucu təqdim edir:

Əvvəlcədən qeyd edək ki, konturlama texnikası demək olar ki, bədənin hər bir hissəsinə tətbiq edilir.

Əsasən, aşağıdakı nahiyələrdə məsləhət görülür:

Boyun

Boynunuzu daha incə, hamar və uzun göstərmək öz əlinizdədir. Sadəcə, kənarlara tünd, tam ortaya isə ağ rəngli korrektor çəkin.

Körpücük sümüyü

Konturlama texnikası ilə körpücük sümüyünüzü ortaya çıxarın. Beləliklə, daha arıq və seksual görünəcəksiniz.

Sinə

Kontur sayəsində sinəni olduğundan daha iri göstərmək mümkündür.

Qarın

Bu makiyaj texnikasından yalnız qadınlar yararlanmır. Kişilər də kontur sayəsində arzuladıqları qarın əzələlərini əldə edə bilər. Pop ulduz Britni Spirsin məhz bu hiylə ilə saxta qarın əzələləri yaratdığı sirr deyil.

Ayaqlar və qollar

Ayaqlarınızı və qollarınızı olduğundan daha incə, uzun göstərə bilərsiniz. Bunun üçün yenə kənarlara tünd, orta hissəyə isə ağ rəng çəkməlisiniz.

Qeyd edək ki, konturlama texnikasına tez-tez müraciət edən ulduzlar arasında Cennifer Lopez, Niki Minaj, Kim Kardaşyan da var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm