Nida.az
Bakıya qarşı sanksiya cəhdlərinin sirri çözüldü: Qarabağda “təslimçi sülh?” – ETİRAF
“Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar
tətbiq ediləcək. Haradadır o sanksiyalar?!”
Publika.az xəbər verir ki, bu sözlər
“armenianreport” saytının “Zərbə arxasınca zərbə: indi də ABŞ-dan”
başlıqlı məqaləsində deyilir.
Məqalədə yer alan bu fikirlər və Serj Sarkisyan hakimiyyətinə
ünvanlanan ittihamlar indiyə qədər okeanın o tayından Azərbaycana
qarşı sanksiya tətbiq edilməsi cəhdlərinin arxasındakı sirri də
çözür.
“Bu, artıq açıq məğlubiyyət və uğursuzluğun son həddidir.
Və hər kəs bizim hökmdarlarımızı deyil, dövlətimizi tənqid edir.
Xalq baş verənlərin hesabını hökmdarlardan tələb etmir”, -
deyə qeyd olunan məqalədə “dördgünlük müharibə”dən sonra Rusiyaya
qarşı keçirilən aksiyalara toxunulur, Dmitri Roqozinin erməniləri
ittiham etməsi tənqid olunur.
Ardınca məqalədə yer alan fikirlər sonuncu dəfə ABŞ Helsinki
Komissiyasının üzvü, konqresmen Kristofer Smitin “Azərbaycanda
Demokratiya Aktı” qanun layihəsi ilə gündəmə gələn ölkəmizə qarşı
sanksiya çağırışının arxasındakı qaranlıq əllərə işıq tutur.
“Azərbaycan Rusiyadan, İsraildən və bir çox ölkədən rahat
şəkildə silah alaraq ordusunu gücləndirdi. Amma bizim
hakimiyyətimiz buna qarşı heç nə edə bilmədi, ən yaxşı halda susdu.
Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi
məsələsini diasporun çiyinlərinə yükləyib. Guya ki, diaspor
Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini
bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaq. Bizə söz
verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq.
Haradadır o sanksiyalar?! Onlar yoxdur. Ən pisi isə ABŞ-da Bakıya
təzyiq məsələsini təxirə salmaq qərarını verdilər. Bunu ABŞ-ın
Bakıdakı səfiri Robert Sekuta da açıq şəkildə ifadə etdi. O,
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a uğurlu səfərindən və iki
ölkə arasındakı isti münasibətlərdən danışdı. Həmçinin, dövlət
katibi Con Kerri “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycan
hökumətinin addımlarını bəyəndiyini ifadə etdi. Bununla yanaşı,
Amerika investisiyalarının Azərbaycan iqtisadiyyatının inkişafına
cəlb edilməsi məsələsinin gündəmdə olduğunu bildirdi. Bu, diasporun
Azərbaycana qarşı sanksiyaların tətbiq olunması istiqamətində
fəaliyyətinin sonudur. Deməli, Ermənistan ABŞ-dan da ümidlərini
kəsib. İndi biz kimə söykənək?”, - deyə məqalədə qeyd
olunur.
Göründüyü kimi, erməni jurnalistlərin özləri də bilməyərəkdən
Azərbaycana qarşı sanksiya cəhdlərinin arxasında məhz erməni
lobbisinin dayandığını etiraf edirlər. Belə görünür ki, iqtisadi və
hərbi güc baxımından Azərbaycana çata bilməyəcəyini anlayan
Ermənistan diasporun vasitəsilə rəsmi Bakıya təzyiq etmək və beləcə
Qarabağdakı işğalı qanuniləşdirmək niyyətində imiş. Bu etirafdan da
bəlli olur ki, Ermənistan diasporuna və rəhbərliyinə okeanın o
tayında söz verənlər olub.
***
Burada zaman-zaman gündəmə gələn “Vaşinqton Avropanın
enerji təhlükəsizliyində mühüm rol oynayan, terrora qarşı
mübarizədə aktiv iştirak edən, Cənubi Qafqazda ən konstruktiv bir
ölkəyə - Azərbaycana qarşı nədən bu qədər anlaşılmayan mövqe
tutur?” sualının da cavabı aydın olur. Deməli, sanksiya
cəhdləri Ağ Evin rəsmi mövqeyi yox, məhz erməni lobbisinə bağlı
siyasətçilərin işi imiş. Həmçinin, indiyə qədər Azərbaycana qarşı
sanksiya çağırışları irəli sürən amerikalı siyasətçilər bir daha
göz önünə gəlir.
Misal üçün, “Freedom House” təşkilatının keçmiş rəhbəri Devid
Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin
Azərbaycana qarşı “Maqnisti aktı” tətbiq etməyə çağırışları,
həmçinin, “Azərbaycana qarşı sərt siyasətin vaxtı çatıb” tipli
məqalələri yaxın keçmişdir. Bu şəxslərin anti-Azərbaycan mövqeyi
uzun illərin sınaqdan çıxmış təcrübəsi kimi təsdiqlənib. Lakin
onların Azərbaycana qarşı sanksiya tətbiqinə çağırışlarının
arxasında erməni lobbisinin dayandığına dair də informasiyalar var
idi. Göründüyü kimi, erməni jurnalistlərin etirafı ilə buna artıq
şübhə yeri qalmır.
Maraqlıdır ki, 2015-ci ilin dekabr ayında konqresmen Kristofer Smit
tərəfindən gündəmə gətirilən Azərbaycana sanksiya tətbiqi
layihəsinə qədər erməni lobbisi bu tipli həmlələrdə Qarabağ
məsələsini o qədər də qabartmırdı. Lakin Smitin layihəsində birbaşa
rəsmi Bakının Qarabağ məsələsində prinsipiallığını qırmaq
hədəflənmişdi.
Sanksiya layihəsində yer alan “Azərbaycanın yüksək çinli
şəxsləri ABŞ və Avropaya yalnız Qarabağ danışıqları aparmaq üçün
gedə bilərlər” tezisi bunu açıq şəkildə göstərirdi. Plana
görə, sanksiya tətbiq olunan Azərbaycan rəsmiləri ABŞ və Avropa
ölkələrinə yalnız Qarabağ münaqişəsinə dair danışıqları aparmaq
üçün səfər edir və onların qarşısında “təslimçi sülh” sazişi
qoyulur. Ya imzalamalı, ya da Azərbaycanın sanksiya yağışına
tutulması davam etməli idi. (http://publika.az/p/119315).
Ermənistanın ən böyük ümidi bu idi. Axı qanun layihəsini irəli
sürən Smit özgəsi deyildi.
- K. Smit 1992-ci ildə erməni lobbisini təşəbbüsü ilə qəbul olunan
və ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan “907-ci
düzəliş”in (azadlığa dəstək aktı) əsas müəlliflərindəndir. İndiyə
qədər qondarma “DQR”-in müstəqilliyinin tanınması üçün bir çox
fəaliyyətləri ilə yadda qalıb. Qondarma “erməni soyqırımı”nın
tanınması üçün fəal iş aparır və təkcə 2015-ci ildə bununla bağlı 5
bəyanat verib.
Smitin qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində
Vaşinqtonda keçirilən tədbirdə “Cənab prezident (Obama),
sizə müraciət edərək erməni soyqırımının tanınmasını xahiş edirəm.
Bu faciənin 100 illiyi ilə əlaqədar biz həqiqəti səsləndirərək
Almaniya hökuməti və Papa Fransiskə qoşulmalıyıq. Mən, soyqırımı
tanıması və üzr istəməsi ilə bağlı Türkiyə hökumətinə müraciət
edirəm. Suriya və İraqda kütləvi zorakılıq hallarının baş verdiyi
dövrdə dünyanın qonşuları ilə konstruktiv əlaqələrə malik Türkiyəyə
ehtiyacı var. Türkiyə rəhbərliyi öz keçmişini dürüst şəkildə qəbul
etdikdən sonra məhz buna nail ola bilər” deyə bəyan etməsi
isə bütün kartları açır. Bu və digər faktlar ermənilərin bel
bağladığı Smitin – SSRİ-yə qarşı mübarizə aparmış nəhəng Helsinki
Komissiyasının üzvünün erməni lobbisinə işlədiyini təsdiq edir.
***
Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtona səfəri ilə bu
planları alt-üst etdi. Həmçinin, səfər ərəfəsində erməni lobbisinin
ortaya atdığı “Roy-Engels” təxribatının qarşısını aldı. (http://publika.az/p/130608). İndi
Ermənistan Qarabağda işğalçı siyasətini davam etdirmək üçün heç bir
cinahdan dəstək ala bilmir və ölkə daxilində bir-birinə
yağdırdıqları ittihamlarla Azərbaycana qarşı təxribatlarını da
ortaya çıxardırlar.
Asif Nərimanlı
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla