Cinayət dünyası
İşə götürdükləri qadını 2 il bağlı mənzildə qul kimi işlətdilər
Hindistanda dəhşətli cinayətin üstü açılıb.
Publika.az "Times of India"ya istinadın xəbər verir ki, 39 yaşlı bir qadın bağlı mənzildə saxlanılıb və iki il ondan kölə kimi istifadə ediblər. Nəşr yazıb ki, qadın gündə 16 saat işləməyə məcbur edilib.
"Hər şey qadının ev işləri görmək adı ilə bir işə düzəlməsindən sonra başlayıb. O, əvvəlcədən ödəniş aldıqdan sonra işəgötürənin mənzilinə gedib və orada qapının kilidləndiyini görüb. Bundan sonra çölə çıxa bilməyən qadın köləliyə məcbur edilib", - məqalədə yazılıb.
Dəhşətli cinayətin qurbanına çevrilən hindistanlı gündə 16 saatdan çox işləməyə məcbur edilməklə yanaşı döyülürümüş: "Mənzildə yüksək texnologiyalı təhlükəsizlik sistemi quraşdırılıb ki, bu da onun evdən qaça bilməsinə və ya ailəsi ilə əlaqə saxlamasına mane olub. Lakin elə bir məqam yaranıb ki, evə gələn məişət texnikası təmirçisi xilaskara çevrilib. Qadının ustanın vasitəsilə ailəsinə mesaj göndərməyi bacarıb. Zərərçəkənin bacısı yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb və hüquq-mühafizə orqanları, ictimai fəallar qul kimi işlədilən qadını azad ediblər".
Mənzil sahibi hadisə yerindən qaça bilib.
Müəllif: Tural
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region14 Oktyabr 15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi















.webp)























