Bu gün Beynəlxalq Rəqs günüdür – TƏQVİM
Bizi izləyin

Art

Bu gün Beynəlxalq Rəqs günüdür – TƏQVİM

Bu gün Beynəlxalq Rəqs günüdür. Peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır.

Publika.az xəbər verir ki, Beynəlxalq Rəqs günü 1982-ci ildən bəri “UNESKO”-nun qərarı ilə qeyd olunmağa başlayıb. Bu tarix hər il fransız baletmeysteri Jan Jorj Noverin doğum günü, yəni aprelin 29-na təsadüf edir. Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab olunur.

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq Rəqs günü təsis olduğu tarixdən ənənəvi olaraq hər il qeyd olunur.

Azərbaycan xalq rəqslərinin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min əvvəl, Azərbaycan ərazisində rəqslər insanların həyatında müəyyən yer tutub. Bu baxımdan Qobustan qaya üstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir. Müasir dövrdə Azərbaycan xalq rəqslərini səhnəyə çıxarmaq və inkişaf etdirmək ağırlığını Əminə Dilbazi, Roza Cəlilova, Xoşbəxt Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Əlikram Aslanov və digər sənətkarlar çiyinləri üzərinə götürüblər. Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz nəinki vətəndə, dünyanın böyük konsert salonlarında da sevilib, onların simasında Azərbaycan milli xoreoqrafiya sənəti inkişaf yolunu tapıb.

Azərbaycan xalqının da özünəməxsus bir çox rəqsləri var. Onlara nümunə olaraq “Vağzalı”, “Uzundərə”, “Nəlbəki”, “Ceyranı”, “Cəngi”, “Qaytağı”, “Qazağı”, “Xançobanı” rəqslərini göstərmək olar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm