Dünya
Oskanyan Qarabağın qaytarılmasına razıdır: Sarkisyanın sonu çatır
Ermənistanın daxili siyasətində Dağlıq Qarabağ
münaqişəsi üzrə danışıqlar məsələsində maraqlı proseslər baş
verir.
Publika.az xəbər verir ki, Serj Sarkisyan danışıqlardan
imtina edəndən sonra bir sıra siyasətçilər onun bu fikrinə qarşı
çıxıb.
Burada ən diqqət çəkən məqam isə iki gün öncə “Birlik” partiyasını
təsis edərək, siyasətə qayıtdığını elan edən keçmiş xarici işlər
naziri Vardan Oskanyanın mövqeyidir.
“Serj Sarkisyanın münaqişənin həli ilə bağlı danışıqlar prosesindən
imtina etməsi qəbuledilməzdir”, - deyə Oskanyan “facebook”
səhifəsində fikirlərini bölüşüb.
Erməni analitik Musa Mikaelyan Oskanyanın bu fikirlərini
Ermənistanda Qarabağ məsələsində ikinci cəbhənin yaranması kimi
şərh edib.
Onun sözlərinə görə, Oskanyan hazırda Robert Koçaryanla müəyyən
əməkdaşlıq edir: “Bu baxımdan, onun sözlərini Koçaryanın da fikir
hesab etmək olar. Deməli Qarabağla bağlı fərqli yanaşmanı Koçaryan
da sərgiləyir”.
Ekspert Oskanyanın bəyanatının Lavrovun uğursuz İrəvan səfərindən
sonra səslənməsinə də diqqət çəkir.
“Maraqlıdır ki, Lavrovun İrəvana gələrək danışıqları canlandıracağı
deyilirdi. Amma rəsmi İrəvan açıq şəkildə Rusiyanın planını rədd
etdi. Məhz bu prosesdən sonra Oskanyan yeni partiyanı elan etdi və
Sarkisyanın mövqeyinin əksinə mövqe nümayiş etdirdi. Onun
fikirləri, özünün Qarabağ danışıqlarına razı olması deməkdir. Hesab
etmək olar ki, Koçaryan-Oskanyan cütlüyü Rusiyanın planını qəbul
etməyən Sarkisyana qarşı birləşir”, - deyə o vurğulayıb.
Erməni ekspert onu da bildirib ki, artıq Ermənistanda Qarabağla
bağlı alternativ fikir yaranmaqdadır.
Asif Nərimanlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi