“Putindən sonra prezident kim olsa da...” – Nüvə müharibəsi...
Bizi izləyin

Dünya

“Putindən sonra prezident kim olsa da...” – Nüvə müharibəsi...

“Rusiya və dünyada hadisələr çox sürətlə inkişaf edir. Əgər neftin qiymətləri indiki səviyyədə qalarsa və ya daha da azalarsa, Rusiyada struktur islahatlar keçirilməsə və resurslar tükənərsə, o halda Rusiya elitaları yeni şərtlərə uyğunlaşmalı olacaq”.

Publika.az xəbər verir ki, bunu Polşa-Rusiya Dialoq Mərkəzinin direktoru Ernest Vıçişkeviç Polşanın “İnteria” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisələr yuxarıdakı ssenari üzrə reallaşarsa, imtiyazlara giriş üçün daxili mübarizənin kəskinləşməsi və yeni qrupların görünməsi tamamilə mümkündür.

Ernest Vıçişkeviç bildirir ki, Rusiyanın Qərb barəsində siyasi strategiyası yalanın böyük elementini özündə saxlayır, əzələlərlə oyunlara və psixoloji təzyiqə əsaslanır: “Rusiyanın fikrincə, bunlar real güzəştlərə gətirib çıxarmalıdır. Təəssüf ki, tarix bizə belə oyunların nəzarət altından çıxa biləcəyini öyrədir. Diqqət verin, gərginləşdirmə ssenariləri və Rusiyanın təbliğat maşını əksər hallarda nüvə müharibəsinə çəkir. Rəsmi çıxışlarda hakimiyyət bu müraciəti yumşaldır, amma psixoloji effekt qalır, havada və suda təkrarlanan təxribatlar, həmçinin quruda keçirilən genişmiqyaslı təlimlərin köməyi ilə əlavə olaraq möhkəmləndirilir. Qərb cəmiyyətləri tərəddüd etməyə və belə ssenarilərin həyata keçirilməsinə imkan verməmək üçün öz hakimiyyətlərinə təzyiqi gücləndirməyə başlayır. Rusiyalılar yalnız Şimali Atlantika İttifaqı və Avropa Birliyini yoxlamır, həm də ayrı-ayrı dövlətlərin daxili birliyini yoxlayır”.

Rusiya və Qərbin yenidən dialoqa başlama ehtimalına gəlincə, ekspert Krımın zəbtinin maneə olaraq qalacağını bildirib: “Moskva və Kiyev arasında hansısa bir sülh razılaşması əldə olunana kimi Qərbdə heç kəs zəbti tanımayacaq. Putindən sonra Rusiyaya kimin prezidentlik etməsindən asılı olmayaraq, Krım uzun illər problemlərin mənbəyi olaraq qalacaq”.

Polşa-Rusiya Dialoq Mərkəzinin direktoru hesab edir ki, Rusiyada vəziyyət pisləşsə də, bu hansısa bir siyasi və ya ictimai nəticələrə gətirib çıxarmayacaq.

“Rusiya elitaları öz yerlərində möhkəm dayanaraq əhalini 1990-cı illərin xaosu ilə müvəffəqiyyətlə qorxudurlar. Bildirirlər ki, istənilən dəyişikliklər ölkənin inkişafını mütləq dayandıracaq”, - Ernest Vıçişkeviç yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm