Türkiyənin turizm cənnəti alov içində - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyənin turizm cənnəti alov içində - FOTOLAR

Türkiyənin turizm cənnəti sayılan Antalyanın Kumluca mahalında dünən başlayan meşə yanğını bu gün səhər saatlarında güclənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanan ərazinin sahəsi 100 hektardan çoxdur.

Yanğın zamanı 13 ev, bir neçə istixana, zeytun, portağal və nar bağları zərər görüb. Dünən saat 20:00 radələrində qismən nəzarət altına alınan və təxminən 50 hektar sahəni əhatə edən yanğın bu gün güclü küləyin təsiri ilə daha geniş əraziyə yayılıb.

Yanğının söndürülməsinə 2 təyyarə, 6 vertolyot, 42 yangınsöndürən avtomobil və 200 meşə mühafizəçisi cəlb edilib.

Yanğın səbəbi ilə Kumluca- Antalya avtomobil yolunda hərəkət məhdudlaşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm