Herman Van Pompey: “Böyük Britaniya dağılacaq” - İDDİA
Bizi izləyin

Dünya

Herman Van Pompey: “Böyük Britaniya dağılacaq” - İDDİA

“Referendumun nəticələri ilə əlaqədar Böyük Britaniyanın dağılması istisna edilmir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Herman Van Pompey deyib.

"Bu, Böyük Britaniya üçün son ola bilər”, - Pompey “Van Canvas” telekanalının efirində bildirib.

Qeyd edək ki, referendumun nəticələrinin açıqlanmasından sonra Şimali İrlandiya və Şotlandiyadan verilən bəyanatlar britaniyalıları həyacanlandırmağa başlayıb.

Şimali İrlandiyanın ən böyük millətçi partiyası olan “Şinn Fayn” Partiyasının sədri Deklan Kirni bildirib ki, Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması Şimali İrlandiyanın İrlandiya ilə yenidən birləşməsi haqqında referendumun keçirilməsi üçün əsas olacaq.

Siyasətçinin sözlərinə görə, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir. O, xatırladıb ki. Şimali İrlandiya referendumda AB-də qalmağa səs verib.

Londona daha bir ayrılıq təhdidi isə Şotlandiyadan gəlib. Şotlandiyanın baş naziri Nikola Stercen bildirb ki, şotlandlar referendumda Britaniyanın AB-nin tərkibində qalmasına səs veriblər.

“Bizi AB-dən ayrılmağa məcbur edə bilməzlər. Əgər məcbur etsələr, o zaman müstəqilliklə bağlı referendum keçirəcəyik”, - baş nazir deyib.

Xatırladaq ki, Böyük Britaniyanın AB-də qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın AB-dən çıxmasına, 48 faiz isə qalmasına səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm