Pakistanda dəhşətli qəza: 18 ölü
Bizi izləyin

Dünya

Pakistanda dəhşətli qəza: 18 ölü

Pakistanda baş verən iki avtomobil qəzası nəticəsində 18 nəfər həlak olub, 30-u yaralanıb.

Bəlucistan əyalətində içərisində 40 insanın olduğu avtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Bu qəzada 11 insan dünyasını dəyişib, 25 nəfər yaralanıb.

Digər qəza isə Xayber-Paxtunxva əyalətində baş verin. Qəzada beş nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirib.

Qəzaların səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm