“DXR”in nüvə silahı olsaydı...”
Bizi izləyin

Dünya

“DXR”in nüvə silahı olsaydı...”

“Nüvə silahının saxlanması Ukraynaya həddən artıq baha başa gələrdi. Nüvə statusuna qayıdışla bağlı çağırışlar populist xarakter daşıyır”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Georgi Tuk “Espreso.TV” kanalına deyib.

“Nüvə silahına qayıdış haqqında çoxlu ehtikarlar mövcuddur. Nüvə statusuna qayıdış haqqında danışanlar bunun üçün lazım olan maliyyə vəsaitləri haqqında danışmırlar. Özünüz təsəvvür edin, əgər “DXR” bu silaha malik olsaydı, nə olardı”, - Tuk bildirib.

O, həmçinin işğal edilmiş ərazilərdən imtina olunması barədə çağırışlara da qarşı çıxıb: “Çox təəssüf ki, işğal olunmuş ərazilərdən imtina haqqında fikirlər çoxdur. Onlar “Çin divarı”nı tikməyi təklif edirlər. Bu təklifi səsləndirmədən əvvəl, nəticələr haqqında düşünmək lazımdır”.

Qeyd edək ki, Ukrayna sabiq SSRİ-dən qalmış nüvə silahından Sovetlər Birliyi dağılandan sonra imtina edib. 1994-cü ildə Budapeştdə imzalanmış bəyannaməyə uyğun olaraq Ukrayna bunun müqabilində ABŞ, Rusiya və Britaniyadan təhlükəsizlik təminatı alıb. Ukrayna bundan sonra Nüvə Silahının Yayılmaması barədə Müqaviləyə qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm