Dağıstanda genişmiqyaslı əməliyyat başlandı
Bizi izləyin

Dünya

Dağıstanda genişmiqyaslı əməliyyat başlandı

Rusiyanın Dağıstan Respublikasının üç dağlıq rayonunda anti-terror əməliyyatı rejimi tətbiq edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda respublika üzrə operativ qərargahın nümayəndəsi bildirib.

Məlumata görə, Şamil rayonu, Xunzayski rayonunun Nakitl qəsəbəsi və Karadax rayonunun Qunibski qəsəbəsində yerli vaxtla səhər saat 06:00-dan anti-terror əməliyyatı başlanıb. Əməliyyatın hədəfi döyüşçülər və onların köməkçilərinin axtarışıdır.

Qeyd edək ki, son vaxtlar Dağıstan ərazisində döyüşçülər aktivləşib. 16-17 iyun tarixlərində Dərbənd və Suleyman-Stalsk rayonlarında baş verən silahlı toqquşmalarda xüsusi təyinatlı bölmənin 5 əməkdaşı həlak olub, daha 4-ü yaralanıb.

Dərbənd rayonunda iyunun 17-də baş verən atışmanın gedişatında “Cənub” döyüşçülər qrupunun lideri Həsən Abdullayev və qrupun bir neçə üzvü öldürülüb. Öldürülən döyüşçülər 2016-cı ilin fevralında Dərbənd rayonunda polisin postunda partlayış törətməkdə şübhəli bilinirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm