Biri Bakıdan qaçıb gözəlçəyə qoşulur, o biri küçənin ortasında “məmə” axtarır...
Bizi izləyin

Nida.az

Biri Bakıdan qaçıb gözəlçəyə qoşulur, o biri küçənin ortasında “məmə” axtarır...

Türkiyədə çevriliş cəhdinin yaşandığı 15 iyul tarixi ötən həftəni gərgin notlarla tamamladı. Əslində bu həftənin də eyni notlarla davam edəcəyi gözlənilən idi. Gözləntilər özünü doğrultdu da.

Həftə boyunca Publika.az Türkiyə hadisələrini diqqətdə saxlayan əsas media orqanları sırasında ilk pillələrdə qərarlaşdı. Amma "sən yazdığını yaz, oxucu istədiyini oxuyur" prinsipi media aləmində "fələyi" çoxdan unutdurub.

Həftənin ilk bombası "məmə" ilə gəldi. Deməli, dünya tarixi daha bir kəşfə şahidlik etdi. "Qadınlar məməli heyvan imiş". Səudiyyə Ərəbistanda alimlər kollegiyası uzun tədqiqatlardan, yorğun gecələrdən, əziyyətli işdən sonra belə qənaətə gəliblər. Ərəb alimlərinin fikrincə, qadınlar əslində, məməli heyvanlar sinfinə addir, deməli, onlar da bu sinifdən olan dəvə, keçi və digər heyvanlar kimi eyni hüquqlara malik olmalıdır. (http://publika.az/p/143499).

Bunu dünya çapında yenilik adlandırmaq çətin olsa da, ərəblərin çapında böyük irəliləyiş hesab etmək olar. İndiyə qədər ərəblər qadına ev əşyası kimi baxırdılar. İndi əşyadan heyvana, yəni canlı varlığa keçid daş dövründən tunca keçid qədər tarixi əhəmiyyətə malikdir. Fransız portalı "Journal de Montreal" də elə bizim kimi düşünür.

Bu məsələ həm də ona görə önəmlidir ki, Publika.az-ın oxucuları bu xəbəri oxumaq üçün bir-biri ilə yarışa girmişdi və dolayısı ilə bu da başa düşüləndir. Burada üç versiya var.

1. Xəbərdə söhbət "məmə"dən gedir.
Bu versiya özlüyündə iki kateqoriyaya bölünür.
a) Oxucularımızın "məmə" kimi sözlərə həssaslığı.
b) Azərbaycanın bəzi bölgələrində bibiyə, yaxud xalaya "məmə" deyməsi. Bu baxımdan, "məmə" oxucularımızın maraq dairəsindədir.

2. Ərəb alimlərinin sıçrayış tempi. Dediyimiz kimi, səhraların sahibləri indiyə qədər qadına əşya kimi baxırdılar, bundan sonra onları heyvan gözündə görəcəklər.
"Gəlin mənim süpürgəmdir, harada qoysam, orada qalmalıdır", dahi aktyor Nəsibə Zeynalovanın "Qaynana" filmində dediyi sözlər bu xəbərlə assosiasiya olunur. Axı bizim özümüzdə də qadına əşya kimi baxanlar var. Burada heç kim yoxdur, bir sənsən, bir də barmaqlarımı sözün əsil mənasında "mazol" eləyən klaviatura. Əşya olduğu üçün ondan söz çıxmaz. Ona görə də gəl açıq danışaq. Qadına əşya kimi baxmayanlarımızın sayı nə qədərdir ki?
Bu versiyadan çıxış etsək, oxucularımızın "məmə" xəbərinə marağı "qadının əşyadan heyvana çevrilişi" fonunda diqqət çəkir.

Amma oxucularımız üçün ikinci "məmə" də gəldi. "Kişidir, özünə məmə qoydurub..." xəbəri rekord qıranlar sırasında qərarlaşdı. (http://publika.az/p/143575). Bu dəfə danışan ərəblər yox, onlara od püskürən Azərbaycanın xanım müğənnisi, şairəsi, aktrisası idi. Ərəblərin "məmə" söhbətindən ayılmayan oxucu Elxa Seyidcahanın da iştirak etdiyi ikinci "məmə" ilə qarşılaşdılar.

Bu arada Seyidcahanın ərəblərə etiraz forması da suallar doğurur. Mən onun dediklərindən başa düşmədim ki, xanım müğənni, bəstəkar, kreativ insan xanımları müdafiə edir, yoxsa ildə bir dəfə pulsuz konsert verdiyi heyvanları. Bəlkə siz başa düşərsiniz...

"O ərəb alimi getsin öz dərdini çəksin. Vaxtilə qızlarını diri-diri basdırıb, indi də qadınları təhqir edir. Dəvə, keçi pis heyvan deyil, buynuzundan tutmuş südünə qədər xeyir verir. Amma Allah insana şüur verib, heyvana yox. Ərəblərdən nə desən gözləmək olar, bəs yaxşı kişiləri niyə heyvana bənzətmir? Kişidir, amma özünə məmə də qoydurub, dodaq da".

Bu Elza Seyidcahanın sözləridir, bizim yox. Amma bu fikirlərin analizi də maraqlı detalları gözümüzə soxur. Hər şeydən əvvəl Elza xanımın "o ərəb alimləri getsin öz dərdini çəksin" sözləri diqqət çəkir. Bu leksikon adətən azərbaycanlı şou adamlarının söz savaşında rastlaşdığımız leksikondur. ".... getsin öz dərdini çəksin".
Ardınca, "Kişidir, amma özünə məmə də qoydurub, dodaq da" sözləri ilə Elza xanımın ərəblərə, yoxsa şoubiznesdə "məmə" qoyduranlara mesaj yolladığı da suallar yaradır.

Suallar bu həftənin ən çox durğu işarələrindən oldu. Xüsusilə Türkiyədə dövlət çevrilişinə cəhd hadisələri tarixi "darbələrlə" zəngin olan bu dövlətə qarşı kimin çıxdığına, planın arxasındakı fiqurun kim olduğuna dair sualları yaratdı. Biz bu suallara cavab tapmağa çalışmışıq və hələ də çalışırıq. (http://publika.az/p/144263). Saytımıza daxil olub, siz də bu axtarışlara qoşula bilərsiniz.

Ermənistanda Sarkisyan hakimiyyətinə etiraz olaraq polisləri girov götürən qiyamçılar da həftə ərzində ən çox axtarılanlar sırasında oldu. Bu qiyamın arxasındakı versiyalar, 1998-ci il hadisələrinə bənzərlik və s. proseslər maraqlı idi. (http://publika.az/p/144137).
Lakin başlarını "məmə"dən qaldırmayan oxucular bu xəbərlərə o qədər də önəm vermədilər. Yalnız "Rusiya və Türkiyənin yeni PLANI: Ermənistan dağıdılır, Qarabağsa... – PROQNOZ" xəbərinə bir az meyl göstərdilər. (http://publika.az/p/144003). Yenə də sağ olsunlar.

Bu həftə biz bütün siyasi, iqtisadi, sosial məsələləri, ölkədə və dünyada baş verənləri detallarına qədər oxucuların hüzuruna gətirməyə çalışdıq. Amma onların üz tutduğu ünvan başqa oldu. Xüsusilə "küçənin ortasında" sözü həftə ərzində oxucularımızın sevimli ifadəsində çevrildi.

Biri Bakıda küçənin ortasında tanımadığı qızla öpüşdü (http://publika.az/p/144012), digəri sevdiyi qızı küçənin ortasında... (http://publika.az/p/144162) arxasını siz fikirləşin, o biri saatı 20 dolları olanlara qaçdı (http://publika.az/p/144158), lap o biri Bakının isti havasından qaçaraq, məşhur gözəlçə ilə çimərlikdə nələr etdi, nələr. (http://publika.az/p/144208).

Bizə qalan isə oxucularımızın sevgisi və diqqəti oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm