İŞİD terror aktı üçün məsuliyyət üzərinə götürdü
Bizi izləyin

Dünya

İŞİD terror aktı üçün məsuliyyət üzərinə götürdü

İŞİD terror qruplaşması Almaniyanın Ansbax şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu haqda İŞİD-ə yaxın internet saytlarına istinadən “Reuters” agentliyi bildirib.

Qeyd edək ki, terror aktı musiqi festivalının keçirildiyi yerin yaxınlığındakı restoranlardan birində törədilib. Hadisə nəticəsində terrorçu həlak olub, daha 12 nəfər yaralanıb.

Polislərin məlumatına görə, terror aktı 27 yaşlı suriyalı kamikadze tərəfindən həyata keçirilib. Bavariya Daxili İşlər Nazirliyinin başçısı İoxan Xerrman bildirib ki, bir il əvvəl ona qaçqın statusunun verilməsindən imtina edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm