Ərini buraxmaq istəməyən qadından bomba xəbəri
Bizi izləyin

Dünya

Ərini buraxmaq istəməyən qadından bomba xəbəri

Cenevrə aeroportunun təhlükəsizlik xidməti aeroporta bomba qoyulması haqqında xəbərə görə yüksək hazırlıq vəziyyətinə gətirilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, polis məlumatın ərinin səfərə getməsini istəməyən qadın tərəfindən verildiyini aydınlaşdırıb.

Polis zəngin Cenevrənin 45 kilometrliyində yerləşən Ansi qəsəbəsindən edildiyini müəyyən edib. Göstərilən ünvanda yerləşən evdə qadın olub. O, zəng etdiyini etiraf edib və bildirib ki, bu yolla ərinin yola düşməsinin qarşısını almağa çalışıb.

Adı açıqlanmayan qadına qarşı cinayət işi qaldırılıb.

Cenevrə aeroportu İsveçrə və Fransanın sərhədində yerləşir və iki sektora bölünüb. İyulun 26-da İsveçrə terminalına partlayış təhlükəsi haqqında zəng daxil olub. Zəng edən qadın bildirirdi ki, şəxs bomba ilə 27 iyulda hava limanının fransız hissəsinə gələcək.

Aeroportun hər iki sektorunun təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Sərnişinlərə xəbərdarlıq edilib ki, yoxlanılması üçün qabaqcadan gəlsinlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm