Hadisə
Bakıda kirayədə yaşayan qız oğlan üstündə rəfiqəsini döydü – ŞOK TƏFƏRRÜAT
Sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Samirə Vəliyevanın (ad və soyad şərti verilib-H.Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Samirə Vəliyeva Yasamal rayonunda rəfiqəsi Sevda ilə kirayədə yaşayıb. Samirə ilə Sevdanın Sadiq adında ortaq tanışları olub.
Sevda həmin oğlanla internet vasitəsi ilə tanış olub. Sadiq hər gün Samirə və Sevdanın yaşadığı evə gəlib-gedib. Ötən il noyabrın 1-də, gecə yarısı Samirə ilə Sevdanın arasında oğlan üstündə mübahisə yaranıb.
Mübahisəyə səbəb isə Samirənin Sadiq ilə cinsi əlaqədə olması olub. Sevda tanış olduğu oğlanın rəfiqəsi ilə cinsi əlaqədə olmasından şübhələnib. Onda şübhə belə yaranıb ki, həmin gün evdə olmadığı vaxt Sadiq ora gəlib.
Sevda rəfiqəsinin Sadiqlə cinsi əlaqədə olub-olmaması barədə onu sorğu-sual edib. Bu zaman rəfiqəsinin sorğularından əsəbləşən Samirə onu döyərək, bədənini müxtəlif nahiyələrinə xəsarət yetirib.
Samirə Vəliyeva Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Yasamal rayon Məhkəməsinin hökmü ilə Samirə Vəliyeva 3 ay müddətinə azadlıqdan məhrum edilib. Samirə Vəliyevanın barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalınd həbs edilib. Hökmə görə, onun cəzasının əvvəli 2016-cı ilin aprelin 7-dən hesablanıb.
Hökmdən narazı qalan Samirə Vəliyeva apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Samirə Vəliyevanın cəzası 300 manat cərimə cəzası ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı




































