Sağlamlıq
Paytaxtda 63 mindən çox insanda müxtəlif xəstəliklər aşkarlanıb
Yalnız paytaxtda 80 minə yaxın əhali icbari tibbi müayinədən keçib.
Bu barədə Publika.Az-a açıqlamasında Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, fevralın 17 – dən bu günə qədər 789 348 nəfər müayinə edilib. Ən çox müraciətlər sinir sistemi, göz, ürək-qan-damar, tənəffüs və həzm sistemi xəstəlikləri aşkar olunub. 63 599 nəfərdə xəstəliklər aşkar edilib. Amma bu xəstəliklərin hamısı ağır formada deyil.
“Onların 15180 nəfəri dispenser nəzarətə götürülüb, 3072 nəfər sağalıb, 3181 qasplizasiya olunub, müalicəsi stasionarda təşkil edilib. 242 244 nəfərdə əlavə müayinələr aparılıb. Müayinələr may ayının birinə kimi davam edəcək, insanlar müraciət edə bilərlər.
Ambulator şəraitdə müalicə etmək mümkün olmayan xəstələr xəstəxanaya yerləşdirilib. Bunların sayı 3185 nəfərdir”.
R.Nağıyev bu cür müayinələrin ildə bir neçə dəfə təşkil edilməsinə də münasibət bildirdi. Onun sözlərinə görə, il ərzində tibb müəssisələri fəaliyyət göstərir. Səhhətində narahatlıq hiss edən hər kəs müraciət edə bilər:
“Bu işin kompaniya xarakterli təşkili sadəcə bu axını təşkil etmək üçündür. Çünki bu cür tədbirlərdən sonra xəstəxanalara müraciətlərin sayı artır, xəstəliklər daha erkən mərhələdə aşkarlanır, daha ciddi fəsadların qarşısı alınır. İnsanlar bilməlidirlər ki, xəstəxanaların üzü hər zaman açıqdır. Bunun aylıq formasında təşkili, yalnız bu müddətdə müraciət edilməsi düzgün deyil. Bir çox sahələrdə çalışanlar, əlillər, uşaqlar müvafiq olaraq ildə bir neçə dəfə müayinədən keçirlər. Bu cür aksiyalar əsasən, işləməyənlər , fərdi əməklə məşğul olanlar və yaşlıların cəlb edilməsidir. İnsanlar xəstəxanalara gəlirlər, amma onlar yalnız icbari yox, könüllü şəkildə ildə bir neçə dəfə müayinədən keçməlidirlər”.
Qeyd edək ki, bu il fevralın 17-dən ölkə üzrə əhalinin icbari dispanserizasiyasına start verilib. Müayinələr mayın 1-dək davam edəcək. Ötən il bir ay müddətində təşkil olunan icbari müayinələrdə 1 milyona yaxın insan müayinədən keçmişdi.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu