Dünya
Keçmiş prezident: “ABŞ hərbi baza vasitəsilə heroin daşıyırdı”
Amerika Qırğızıstandakı “Manas” hərbi bazasından Əfqanıstandan heroinin ixrac üçün istifadə edə bilərdi. Bu, tamamilə ehtimal olunandır”.
Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev deyib.
Onun sözlərinə görə, ABŞ-ın Latın Amerikasında həyata keçirdiyi əməliyyatlar da bunu deməyə imkan verir: “Siz bilirsiniz ki, ABŞ Amerika qitəsində öz xərcləri bununla çıxarırdı. Bunu niyə Əfqanıstanda etməsin? Əfqanıstanda ən yüksək keyfiyyətli heroin var”.
“Manas” bazası həmişə ilkin hədəfə xidmət edirdi: Əfqanıstanda koalisiya qoşunlarının təminatı üçün yüklər və canlı qüvvə çatdırırdı. Biz bilmirik ki, əks istiqamətdə onlar nə edirdilər. Mümkündür ki, heroin daşıyırdılar, Allah bilir. Hətta Qərb jurnalistləri də yazırdılar ki, heroini daşınması ehtimal edilir”, - Akayev bildirib.
Qırğızıstanın sabiq başçısı qeyd edir ki, qırğız hakimiyyətinin Amerika bazası vasitəsilə daşınan yüklərə nəzarət etmək imkanı yox idi.
Qeyd edək ki, Əsgər Akayev 1990-2005-ci illərdə Qırğızıstan prezidenti olub. O, “rəngli inqilab” nəticəsində hakimiyyətini itirib. Akayev hazırda Moskva Dövlət Universitetində elmi fəaliyyətlə məşğul olur.
Ömər Dağlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı