"Gənc qələm sahibləri" layihəsi uğurla başa çatdı
Bizi izləyin

Yazarlar

"Gənc qələm sahibləri" layihəsi uğurla başa çatdı

"Gənc qələm sahibləri" ədəbi antologiyasının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən " Gənc qələm sahibləri" layihəsi uğurla başa çatıb. Layihənin bağlanış və layihə çərçivəsində çap olunan eyni adlı kitabın təqdimat mərasimində gənc yazarlar, media və QHT nümayəndləri və sadə vətəndaşlar iştirak edib.

"Kitabevim.az" kitab evində düzənlənən mərasimdə tədbirin aparıcısı Xəyalə Nəsirli giriş sözünü layihənin rəhbəri Qurbanəli Ömərə verib. Gənc yazar Qurbanəli Ömər ilk öncə layihəsinə dəstək olduğu üçün Gənclər Fonduna təşəkkür edib, Gənclər Fondunun fəaliyyətinin təqdirəlayiq hal olduğunu bildirib. Dövlətin gənclər siyasətinin bir hissəsi olan Gənclər Fondu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Daha sonra layihə haqqında geniş məruzə ilə çıxış edən Qurbanəli Ömər layihənin əhəmiyyətindən, gedişatından və layihə zamanı baş verən problemlərdən və onların necə həll olunmasından danışıb:

"Gənc qələm sahibləri" layihəsinə fevral ayının 12-də start verdik. İki həftə ərzində 200-dən çox gənc yazar müsabiqəyə qatıldı. Onların əsərləri bizim ekspertlərimiz tərəfindən təhlil olunduqdan sonra mart ayının ikinci yarısı qaliblərin adları açıqlandı. 30-dək gənc yazarın şeir, esse və hekayəsindən ibarət toplu çap olunmaq üçün redaktorlara təqdim olundu. Bu gün isə biz həmin antologiyanın işiğına yığışmışıq. Kitaba əsərləri dərc olunan müəllifləri, eyni zamanda müsabiqəyə qatılan bütün yazarları təbrik edirəm, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Biz əsasən çalışdıq ki, regionlardan olan, çap olunmaq problemi yaşayan gənclərə üstünlük verək, bununla da həm yeni yazarlar kəşf olundu və həm də bu yazıları oxuyacaq olan gənclər. Düşünürəm ki, layihəmiz olduqca uğurla başa çatıb, bir daha bizə dəstək olan hər kəsə başda Gənclər Fondu və tərəfdaş təşkilatlarımıza minnətdarlığımı bildirirəm".

Daha sonra tədbirdə Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov, layihənin tərəfdaş təşkilatı olan "Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova, "Yeni Həyat və Humanitar" Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Bakı Dövlət Universitetinin dosenti Vüsalə Dadaşova, yazıçı Yusif Məmmədoğlu və QHT sədrləri çıxış ediblər.

Sonda kitabda əsərləri dərc olunan müəlliflərdən Könül Həsənqulu, Mahmud Ağakişioğlu, Elşad Can Şamil, Əfsanə Ələsgərli, Ülvi Əhməd, İntiqam Yaşar və başqaları çıxış edib, öz yazılarından nümunələr oxudular.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm