Nida.az
Ərdoğanın azərbaycanlı müşavirinin qızı Publika.Az-a danışdı
Bir müddət əvvəl Türkiyəni silkələyən Gəzi hadisələrində AKP-yə
etiraz edənlərdən biri də Ərdoğanın azərbaycanlı müşaviri Qeybulla
Qeybullanın qızı- Arzu Qeybullayeva idi. Atasının Ərdoğanın əsas
məsləhətçilərindən olmasına baxmayaraq bu qızın AKP-yə qarşı
çıxması olduqca diqqət çəkəndir. O, Azərbaycan vətəndaşı olsa da,
Türkiyədə yaşayır, ictimai fəal olmaqla yanaşı, jurnalistika ilə də
məşğuldur. A. Qeybullayeva AKP hökumətinin daxili siyasəti ilə indi
də razılaşmır.
Onun atası Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən
rayonunun Katex kəndində dünyaya gəlib. 1963-cü idə Katex kənd orta
məktəbini qızıl medalla, 1968-ci ildə Politexnik İnstitutunun
İnşaat fakültəsini fərqlənmə ilə bitirib, sonra Dövlət Layihə
İnstitutunda mühəndis-konstruktor vəzifəsində işləyib.
1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında texnika elmləri namizədi, 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyalarını müdafiə edib. 200-dən çox elmi məqalə, monoqrafiya müəllifi, məcmuə redaktoru olub.
2001-ci ildən ömrünün sonuna qədər Türkiyənin Süleyman Dəmirəl
Universitetinin professoru və iqtisad bölümünün rəhbəri olub.
Bununla yanaşı, Türk Dövlətləri Gənclər Vakfının İdarə Heyətinin
sədri, Türk Dövlətləri Bələdiyyələri Assosiasiyasının İdarə
Heyətinin sədri vəzifələrində çalışıb. ABŞ, Yaponiya, Rusiya,
Fransa Milli Akademiyalarının akademiki olub. Professor, elm və
ictimai xadim olan Q. Qeybullayev Türkiyə baş naziri Rəcəp Təyyib
Ərdoğnın Avrasiya məsələləri üzrə müşaviri olub. 2012-ci il 2 mart
tarixində vəfat edib.
“Bunların hamısını müzakirə edərdik, lakin mənim üçün
danışmaq hələ də çətindir”
Bir azərbaycanlının Türkiyə Baş nazirinin müşaviri olması, xüsusilə
Avrasiya kimi mürəkkəb regionla bağlı ondan məsləhət almaları
xüsusi diqqət çəkir. Güman ki, AKP-nin yürütdüyü neosmançılıq
siyasəti, Avrasiyada Türkiyənin apardığı siyasətin görünməyən
tərəfləri, eləcə də Türkiyənin Dağlıq Qarabağla balı siyasətində
bilmədiklərimiz Q. Qeybullaya məlum olub. Məhz bu məqsədlə “atası
ilə bu məsələləri müzakirə edib, onun da müəyyən qədər
informasiyası var” ehtimalına söykənərək mərhum azərbaycanlı
müşavirin qızı Arzu Qeybullayeva ilə danışmaq qərarına gəldik.
A. Qeybullayeva isə Publika.Az –a açıqlamasında bildirir ki, bu
məsələlərin hamısını atası ilə müzakirə edib. Lakin onun üçün
danışmaq çətindir: “Bu məsələlərlə bağlı danışmaq istəmirəm. Mənim
üçün hələ də bir qədər çətindir. Bu məsələlərin hamısını müzakirə
edərdik. Amma bunları açıq şəkildə paylaşmağa müsbət baxmıram”.
“Partlayışın yaxınında olub onlara qoşulmamaq mümkün
deyildi”
Amma A. Qeybullayeva AKP siyasətinə etiraz etməsinin səbəbləri, Gəzi hadislərində iştirakı haqqında danışıb. Hər-halda Ərdoğanın müşaviri olmuş şəxsin qızının bu gün Ərdoğanın apardığı siyasətə qarşı çıxması açıq suallar buraxır. Onun sözlərinə görə, Gəzi olaylarında daha çox jurnalist kimi iştirak edib: “İstanbula gələn xarici jurnalistlərlə bir yerdə işləyirdik. Mənim üçün bu çox maraqlı idi. Həm jurnalist, həm də Türkiyədə yaşayan əcnəbi vətəndaş kimi- əcnəbi deyirəm, çünki mən özümü Türk hesab etmirəm, nə dərəcədə mədəniyyətlərini və dillərini yaxşı bilsəm də. Maraqlı olduğu üçün orda iştirak edirdim. Uzun müddət Türkiyədə yaşayıb və getdikcə qatılaşan AKP siyasətini izləyərək, insan səbrinin nə qədər elastik olduğunu görmək və bir anda belə bir partlayışın yaxınında olub onlara qoşulmamaq mümkün deyildi. Ona görə də qoşulurdum”.
Gəzi hadisələrini xatırladan A. Qeybullayeva bildirir ki, həyat
“Flight Club” filimdəki ssenariyə çox bənzəyirdi: “Gündüz hamı öz
işində, axşam və gecə hər kəs “Gəzi işində”. Gəzi hadisələrində
mənim aktiv fəaliyyətim on-layn olaraq sosial şəbəkələrdə
paylaşdığım xəbərlər və videolarla bağlı idi. İngilis dilində
yazmağım isə bir neçə xarici mediada hadisələr haqqında canlı
paylaşmamın yayımlanmasına, onlarla canlı bağlantıya çıxıb xəbər
yaymağıma səbəb oldu”. Onun sözlərinə görə, etirazçıların səbəbləri
var idi.
“Dini basqı, ədalətsizlik, sosial problemlər və
s.”
“Mənim kimi yüz minlərlə Gəzi iştirakçısının etiraz səbəbləri
var idi.Qeyd etdiyim kimi AKP-nin ölkə daxili siyasəti getdikcə
sərtləşirdi, konservativliyə doğru gedirdi. İnsanların səbri son
nöqtəsinə gəlmişdi. Düzdür, hər şey bir ağacdan başladı, amma Gəzi
olayları ağacların kəsilib yerinə təzə bir ticarət mərkəzinin
tikilməsi ilə bağlı deyildi təkcə. Dini basqı, ədalətsizlik, sosial
problemlər və AKP-nin əslində 2002-ci ildə iqtidara gəldikləri
zaman söz verdikləri böyümə, modernləşmə, Avropa Birliyi və s. kimi
vədlərinə sadiq çıxmamaları oldu. Gəzi hadisələri xalqın səbrinin
son damlasıydı”-deyə o vurğulayıb.
“Toylarda hələ də Gəzi mahnıları çalırlar”
A. Qeybullayeva daha çox jurnalist kimi iştirak etdiyi Gəzi
olaylarında etiraz şüarları da səsləndirdiyini deyir.
“Mən izləyirdim, Gəzidə iştirak edən insanlarla söhbət edirdim və
bunu işıqlandırırdım. Təbi ki, atılan sloqanlara mən də bir iki
dəfə qoşuldum, hətta o sloqanlar, o mahnılar, bizim indi gündəlik
həyatımızda da var. Kimisi toylarında Gəzi mahnılarını çalır hələ
də. Dostlarımızla bir dəfə adalarında birində idik. Gəzdikdən sonra
axşam da bir yerdə yeməyə oturduq. Bir neçə saat sonra işıqlar
kəsildi. Restoranda oturanların hamısı Gəzi sloqanları atmağa
başladı. Çox maraqlı və həyəcanlı idi. İnsanlar bütöv, bir idilər.
Bəlkə də aralarında səmimiyyətli olmayanlar da var idi, amma birlik
hiss olunurdu. Bu aura hələ də var”.
AKP-nin siyasəti ilə razılaşmadığını deyən azərbaycanlı
müşavirin qızı belə deyir: “Mən hadisələri ona görə işıqlandırmağa
gedirdim ki, insanların nəyisə dəyişdirə biləcəyinə inanırdım.
Bilmirəm, son dediklərim sizə nə qədər məntiqli gəlir, amma
belədir. AKP bir çox şeyə qarşı çıxmağa başladı-abort məsələsi,
minimum uşaq məsələsi, ictimai yerlərdə öpüşmək məsələsi, əyləncə
yerlərində stolların bayırdan götürülməsi, içki qadağaları və
s.”-deyə A. Qeybullayeva narazılığının səbəblərini açıqlayır.
Asif Nərimanlı
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir