Nida Xəbər
AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı "Euronews" material yayımladı
"Euronews" saytında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı material yayımlanıb.
Publika.az xəbər verir ki, yazıda Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər əhəmiyyətli detallar yer alıb.
Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü vurğulayıb. Nəticədə, Rusiya Prezidenti Vladimir Putin də ölkəsinin faciədə rolunu etiraf edib.
Yazıda pilotların qəhrəmanlığı xüsusi qeyd olunub: “Hadisədə həlak olan pilotlar daha çox insan tələfatının qarşısını aldılar”.
Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri “Euronews”a açıqlamalarında pilotların eniş üçün müraciət etməsinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətinə uçmağa məcbur olduğunu bildiriblər.
Məqalədə qeyd edilib ki, hadisədən təxminən bir il sonra Rusiya Prezidenti ölkəsinin Hava Hücumundan Müdafiə sistemlərinin Qroznı üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib: "Bundan sonra kompensasiya təklif olunub".
Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi Azərbaycanın Bakı şəhərindən Rusiya Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olub.
-
Rəsmi xronika13:20İlham Əliyev sərəncam imzaladı
-
İdman13:05Bekhemin ailəsində növbəti qalmaqal - Oğul ata və anasını blokladı
-
Dünya12:52Afina narahatdır: Türkiyə oyun qaydalarını dəyişir, yalnız bir seçim qalıb
-
Ekopublika.az12:43Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi/VİDEO
-
Ekologiya12:32Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
-
Hadisə11:29Bakıda marşrut avtobusu ağır qəzaya düşdü: Ölənlər və yaralananlar var - VİDEO
-
Sosial10:30Bayram günlərində işləyənlərə əlavə maaş ödəniləcək? - VİDEO
-
Dünya10:18Generallar təyyarə qəzasında öldü: Liviyada nə gözlənilir, Haftar hücuma keçəcək?


























