Dünya
İhsanoğlu: “Onları dəfələrlə zorlayıb filmə çəkirlər”
Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkisinin namizədlərindən biri olan Ekmeleddin İhsanoğlu sensaion açıqlamalarla çıxış edib.
ANS PRESS-in xəbərinə görə, İzmirdə seçicilərlə
görüşən İhsanoğlu İraqda türkmən qızlarının başına açılan
oyunlardan danışıb. Ərdoğan hökumətinin ancaq Qəzza barədə
düşündüyünü deyən İhsanoğlu rəqibini iraqlı türkmənləri yada
salmamaqda ittiham edib.
“Bir tərəfdən Qəzzadakı qardaşlarımızla həmrəylik
içində ikən, İraq türkmənlərinin məruz qaldığı qətliamlar, qızların
məruz qaldığı zorlamalar unudulur. Sırf fələstinlimi olmaq
lazımdır? Allah üçün bir az da türklərlə həmrəylik içində olaq.
Dünən türkmən liderlər mənə elə şeylər danışdılar ki... 13-14 yaşlı
qızları dəfələrlə zorlayır, filmə çəkir, sonra da elektrik
dirəyindən asıb öldürürlər. Belə bir vəhşilik. 50 000 nəfər susuz
və qidasızdır. Onlar üçün heç kim, heç nə eləmir. Ancaq Qəzzadan
danışılır. Amma Qəzza üçün də heç nə edilmir. Deyəsən axırda dava
edəcəyik. Amma biz dava yox, vətənimizdə əmin-amanlıq istəyirik.
Yurdda sülh, cahanda sülh istəyirik”. (Yurdda sülh, cahanda sülh –
Atatürkün məşhur aforizmlərindəndir)
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan