Nida.az
“Naxçıvanın işğalı təhlükəsi var” – Vəfa Quluzadədən silahlanma çağırışı
“Naxçıvanın işğalı təhlükəsi həmişə var. Buranı işğal etmək Azərbaycandan qisas almaq və güclü zərbə vurmaq üçün ən uyğun variantdır”.
Publika.az-a açıqlamasında bu sözləri sabiq dövlət müşaviri Vəfa Quluzadə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin bu gün Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib.
“Rusiya erməni işğalı ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi
arasında əlaqəni kəsib. Lakin Naxçıvanın Türkiyə ilə sərhədi var.
Naxçıvanı elə güclü müdafiə etmək lazımdır ki, ora heç kim müdaxilə
etmək cəsarətində olmasın. Rusiya Türkiyə ilə sərhəddə yerləşən
Gümrüdə hərbi baza yaradırsa, Türkiyə də Naxçıvanda hərbi baza
yerləşdirməlidir”, - sabiq dövlət müşaviri qeyd edib.
V. Quluzadə bildirib ki, əgər bu baş verməsə, Naxçıvan əhalisi silahlandırılmalıdır: “Vaxtilə çar dövründə Rusiyanın bir çox əyalətlərində kazak dəstələri yaradılırdı. Yəni, əhali silahlandırılırdı. Hesab edirəm ki, Naxçıvan əhalisi silahlandırılmalı və həmişə döyüşə hazır vəziyyətdə saxlanılmalıdır”.
V. Quluzadə Avrasiya İttifaqına qarşı Cənubi Qafqaz ittifaqının
mümkünlüyünü də istisna etməyib: “Azərbaycan, Türkiyə və
Gürcüstanın sıx əlaqələri var. Bizim milli maraqlarımız tamamilə
üst-üstə düşür. Məhz buna görə də Cənubi Qafqaz ittifaqı yarada
bilərik. Avrasiya İttifaqından gələ biləcək təhlükənin qarşısını
region ittifaqı ilə almaq olar”.
Asif Nərimanlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO